AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Pasport rənglərinin mənası nədir?

Dünyada yalnız dörd əsas pasport rəngi var: qırmızı, mavi, yaşıl və qara. Hər bir ölkənin pasport örtüklərində bu rənglərdən birini seçmək üçün öz səbəbləri var.

Qırmızı rəngli pasport ən çox istifadə edilən pasportdur. Qırmızı rəngli pasportlar adətən tarixi və ya mövcud kommunist sistemi olan ölkələr tərəfindən seçilir. Və daha çox Avropa birliyinə üzv olan dövlətlər tərəfindən istifadə olunur. Sloveniya, Çin, Serbiya, Rusiya, Latviya, Rumıniya, Polşa və Gürcüstan vətəndaşları qırmızı pasporta sahibdirlər. Bir müddət əvvəl Türkiyə, Makedoniya və Albaniya  kimi Avropa Birliyinə üzv olmaq istəyən ölkələr də öz pasportlarını qırmızı rəngə dəyişdilər. Amerika qitəsində Boliviya, Peru, Kolimbiya və Ekvador qırmızı səyahət pasportuna sahib olan ölkələr sırasındadır.

Mavi rəngli pasport ən çox istifadə edilən ikinci pasportdur. Mavi pasportlar "yeni dünya"nı  simvolizə edir. Mavi pasportlar, əsasən 15 Karib ölkəsində istifadə olunur. Cənubi Amerika ölkələri içində mavi pasportlar Merkosur (Cənubi Amerika ümumi bazarına verilən ad) ilə olan əlaqəni simvollaşdırır. Venesuela istisna olmaqla, bura Braziliya, Argentina və Paraqvay daxildir. ABŞ vətəndaşları 1976-cı ildən yalnız mavi rəngli pasportdan istifadə edirlər.  

Bir çox müsəlman ölkələri yaşıl rəngli pasportlardan istifadə edirlər. Mərakeş, Səudiyyə Ərəbistanı və Pakistan bu ölkələrin bir qismidir. Yaşıl Hz. Məhəmmədin ən sevimli rəngi kimi qəbul edilir. Eyni zamanda, təbiət və həyat simvoludur. Bəzi, Burkina Faso, Nigeriya, Fil Dişi Sahili və Seneqal kimi Qərbi Afrika ölkələrinin vətəndaşları da yaşıl pasporta sahibdirlər.

Qara rəngli pasport ən nadir pasport rəngidir. Botsvana, Zambiya, Burundi, Qabon, Angola, Çad, Konqo, Malavi kimi bəzi Afrika ölkələrinin vətəndaşları məhz bu pasportlardan istifadə edirlər. Yeni Zelandiya vətəndaşları da bu pasporta sahibdirlər.

AzEns.AZ