AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Tarixin atası kim olmuşdur?

 Ənənəvi olaraq tarixin atası Herodot hesab edilir və “tarixin atası” (pater historiae) adı məhz ona verilmişdir. Bununla belə, Herodot heç də ilk tarixçi olmamışdır.

 Tarix - bir ədəbiyyat janrı kimi Yunanıstanda hələ eramızdan əvvəl V əsrdə yaranmışdır. Bu janrda yazan prozaiklər (loqoqraflar) hər hansı bir olayı, hadisəni birbaşa, sıralama təsvir edirdilər, şübhə yoxdur ki, tarixi bir ədəbi janr kimi məhz yunanlar yaratmışlar. Əlbəttə ki, digər xalqlarda da buna bənzər tarixi qeydlər, xronikalar olmuşdur, amma ilk olaraq tarixi inşalar məhz yunanlar tərəfindən yaradılmışdır. Hələ lap qədimlərdə belə, Yunanıstanda tarixi hadisələrin yazıya alınması çox populyar olub.

 Tarixin atası sayılan Herodotun öz tarixi əsərini yaratmasına səbəb Yunan-İran müharibəsi (e.ə. 499-449) olub ki, bu hadisəni yunanlardan -  həmin dövrün müasirləri, bu müharibənin şahidləri qələmə almışdılar. Herodot bu müharibəni görməmiş, o, bu müharibə zamanı dünyaya gəlmişdi. Sadəcə, Herodot tarixi hadisəni şahidlərin dilindən eşidərək, çox nəfis bir formada, ətraflı olaraq qələmə almışdır.

 Herodot çox səyahət edən birisi olub. O, Misirdə, Yaxın Şərqdə, Qara dənizin şimal sahillərində olmuş, İtaliyada, Samos adasında yaşamışdır. Bir sözlə, Herodot çox geniş coğrafi dünya görüşə malik idi. O, özünün yaratdığı “tarixə” həmişə qərəzsiz yanaşmışdır. Bununla belə afinalılara simpatiyası vardı, amma yenə də, Herodot Yunan-İran müharibəsini neytral olaraq, qərəzsiz bir formada qələmə almışdır.

 Bəzi hallarda “tarixin atası” deyildikdə Fukidid nəzərdə tutulur. Belə söylənilir ki, Fukidid hələ gənc yaşlarında ikən Herodotun tarixi əsərlərinin eşidərkən o, tamam başqa bir yolla tarixi hadisələri qələmə alacağını qərarlaşdırmışdı. Belə baxanda, Fukidid nəsli Herodot nəslindən elə də çox gənc deyildi, cəmi 25 il. Amma Fukidid nəsli demək olar ki, nisbətən daha savadlı idi. Fukidid sofist mətkəbində təhsil almışdı və rasional baxışlara malik idi.

 Yuxarıda qeyd olunanlara baxmayaraq, müasir tarixçilər Herodotu “tarixin atası” hesab etsələr də, elmi istorioqrafiyanın (tarixçiliyin)  yaradıcısı Fukidid hesab edilir. Fukidid Peloponnes müharibəsinin (e.ə. 431-404) tarixi təsvirinə aid kitabını yazmaqla Herodotdan irəli keçmək qərarına gəlir. Bu kitabın birinci hissəsi – “Arxeologiya” adlanır ki, burada Yunanıstanın- Peloponnes müharibəsinə qədərki tarixi, onun əhəmiyyəti, miqyası, tarixdə rolu təsvir olunur. Fukidid öz kitabında müharibənin yalnız 20 ilini təsvir edə bilmişdir. Fukididin vəfatından sonra kitabın ardını, onun davamçısı Ksenofont davam etdirir. Ksenofont kitabın əlyazmasını Fukididin qızından alaraq, üzünü köçürərək nəşr edir ( o zamanlar nəşr - əlyazmanın üzünü köçürmə ilə edilir və yayılırdı). Bundan sonra Fukididin “Tarixi” çox populyarlaşır. Belə ki, o zamanlar həmin tema çox aktual idi, həm də hadisələr çox yaxşı və maraqlı ifadə olunmuşdur. Bundan sonra Fukididin davamçılar artmağa başladı, amma onların yazılarının çoxusu təəssüflər olsun ki, bizim dövrümüzə gəlib çatmamışdır.

 Yeni zamanın başlanmasına baxmayaraq, Fukidid yenə də anılmaqdadır. Tədqiqatçı-alimlər hesab edirlər ki, tarixin bir elm kimi inkişafı heç də Fukididlə bağlı deyil, bu inkişaf dövrü XVIII əsrdən başlamışdır. Amma bütün bunlara baxmayaraq, Fukididin əsəri, klassik bir tarixi əsər nümunəsi hesab edilsə də, yenə “tarixin atası” adı Herodotda qalmışdır. 

 
AzEns.AZ