AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Müsəlman şərqində ilk balet

Müsəlman şərqində ilk balet Azərbaycanda səhnələşdirilmişdir.  Bu – “Qız qalası” baletidir. Baletin musiqisinin və librettosunun müəllifi Əfrasiyab Bədəlbəylidir.

 Müəllif bu baletə tipik folklor əsər əsasında quruluş vermişdir. Buna misal olaraq, baletdəki kəndlilərin və elçilərin rəqsini, birinci pərdədə Aypərinin partiyasını göstərmək olar. Ə. Bədəlbəyli baletə əsl Azərbaycan müsiqilərini, yəni -  lirik müsiqi olan “Ay, bəri bax” (birinci pərdədə qızların rəqsi), “Tərəkəmə”, “Kikican” rəqs havaları (birinci pərdədə kəndlilərin rəqsi) “Bayatı – Şiraz” muğamından şöbə (3-cü pərdədə Gülyanağın rəqsi) daxil etmişdir.

 Ə. Bədəlbəyli baletdə hətta erməni (“erməni qonaqlarının rəqsi”), özbək (“özbək qonaqlarının rəqsi”), İran (“iranlı qonaqlarının rəqsi”) təranələrindən də istifadə etmişdir. Bəstəkar baletdə xalq mövzularının köməyi ilə “kəsişmə” musiqinin inkşafına da cəhd göstərmişdir. Belə ki, “Ay, bəri bax” epiloqda qəhrəman qız yaddaşında keçmiş xoş günləri canlandırarkən çox qəmli səslənir.

 Polad və Gülyanağın məhəbbəti ilə bağlı olan bu şərq əfsanəsində, onları ayırmağa çalışan, özgə nişanlısına -  öz doğma qızına evlənmək istəyən insafsız, qəddər Cahangirxandan söhbər edilir. Dəniz sahilində Gülyanağın xahişi ilə möhtəşəm bir qala tikilir. Gülyanaq bu qala bağlı qapı arxasında saxlanılır. Xanın sarayında toya hazırlaşırlar. Bu zaman Polad Cahangirxanı öldürür. Gülyanağın xanın öldüyündən xəbəri olmur, qalanın başına çıxaraq oradan özünü dənizə atır. Polad isə ömürlük dər-qəmə qərq olur. Həyat – qaranlıq və işığın, xeyir və şərin mübarizəsi deməkdir. Hərçənd ki, hər zaman xeyir şərə qalıb gələ bilmir.

 Baletin premyerası 18 aprel 1940-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrınında S. Gevorkovun və V.Vronskinin quruluşunda nümayiş etdirilmişdir. Rəssam isə F.Qusak olmuşdur.

 Baletin premyerasında əsas partiyaları ifa etmişlər:

Gülyanaq – Qəmər Almaszadə (sonra T.Əliyeva)

Cahangirxan – A.C. Urvantsev

Polad – Konstantin Bataşev

Aypəri – M. Babayeva

Gülyanağın anası – L. Təhmasib   

 

AzEns.AZ