AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Qan qrupları nə ilə fərqlənir?

 İnsan qanı unikal bir biomaterialdır. Belə ki, insan qanı gözün rəngi və əl izi kimi ömürboyu dəyişməz olaraq qalır.

Qan qrupu uşağa valideynlərdən irsi olaraq keçir və onların şəxsiyyətinin müəyyənləşdirilməsində əsas rol oynayır. Qan qrupu irqdən daha qədim hesab edilir. Çünki, planetin əhalisi arasındakı fərq etnik mənsubuyyəti ilə deyil, qan qrupunun tərkibi ilə müəyyənləşir.

 Təkamül prosesi nəticəsində insanlarda 4 qan qrupu müəyyənləşmişdir: 0(I)-birinci qan qrupu, A(II)-ikinci qan qrupu, B(III)-üçüncü qan qrupu və AB(IV) dördüncü qan qrupu.

 Birinci qan qrupu olan insanlar əsasən, onikibarmaq bağırsağın xorası və mədə xəstəliklərindən daha çox əziyyət çəkirlər. Onlar digərlərinə nisbətən hipertoniyaya, hemofiliyaya daha çox meylli olurlar və onlarda böyrəkdə daş daha tez əmələ gəlir. Bu qan qrupuna aid olan insanlar dəri xəstəliklərinə də meylli olurlar və zökəmə tez yoluxurlar. Bundan başqa bronxial astma, bronx və ağciyər, ağciyər vərəmi, allergik xəstəliklərə də meylli olurlar.

 İkinci qrup qanı olan insanlar əsasən, qastrit, mədə turşuluğunun azlığı, ödün soyuqlaması və daşlaşması, işemeya kimi xəstəliklərə meylli olurlar. Bundan başqa onlar daha çox ürək-damar xəstəlikləri və revmatizmadan əziyyət çəkirlər. Hətta  mədə xərçəngi və qalxanvarı vəz xəstəliklərinə də meyili olurlar.

 Üçüncü qrup qanı olan insanlar isə digərlərindən fərqli olaraq əsəb sistemi ilə bağlı ağır xəstəliklərə, daha dəqiq desək, “Parkinson” xəstəliyinə mübtəla olmaları riski çox böyük olur. Qanı III qrupu aid olan insanların əksəriyyəti  psixoz və nevroz xəstəliklərindən əziyyət çəkirlər, bir də ki, yoğun bağırsağın şişi və kəskin lezkoz xəstəliklərinə meylli olurlar. Bu qan qrupuna aid olan qadınlar daha çox sidik yolunun infeksiyası xəstəliyinə mübtəla olurlar.

 1907-ci ildə çex həkimi Yan Yanski IV qrup qanı aşkar etmişdir. Bu qan qrupuna aid olan insanlarda xolesterinin miqdarı çox olur və onlarda yağlanma və aterockleroz xəstəlikləri olur. Bu qan qrupuna aid insanlarda tramboflebit, tromboz  olur və qanın qatılaşması ilə bağlı olan digər xəstəliklərə daha meylli olurlar.

 1940-cı ildə alimlər Landşteyner və Viner qanın tərkibində zülalın (antigen) olduğunu aşkarlamış və bunu rezus-faktor adlandırmışlar. Rezus – faktor müsbət və mənfi ola bilir. Əksər insanların qanında zülal olur (rezuz-faktor) və bu cür qan müsbət rezuslu (Rh+), rezus-faktor olmayan qan isə (Rh-) mənfi rezuslu adlandırılır.

 Maraqlıdır ki, qan qrupları eyni vaxtda yaranmamışdır. İlk öncə qədim insanların hamısında I qan qrupu olmuş və bu təxminən 40.000 il bundan öncə aşkar olunmuşdur. Bu qan qrupuna aid olanlar  “ovçular” adlandırılır və avropalılar arasında daha çox yayılmışdır. II qrup qan təxminən 25.000 il əvvəl aşkar olmuşdur ki, bu qan qrupuna mənsub olanları “köçərilər” adlandırırlar. III qrup qan Yaxın Şərq xalqlarının Avropaya köç etməsi nəticəsində yaranmışdır ki, bu qan qrupuna aid olanları “əkinçilər” adlandırmışlar. Ən yeni qan qrupu isə IV (AB) qan qrupudur ki, bu da 2.000 il bundan əvvəl hindoavropalı irqinin monqoloidlərlə qarışığından yaranmışdır. Bu qan qrupu  çox  az insanlarda olan bir qan qrupudur və dünyadakı insanların təxminən 10%-də olur. IV qrup qanı olan insanların əksəriyyəti Uzaq Şərqin nümayəndələridir.

AzEns.AZ