AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

"Santa Klaus" həqiqətdir?

 ― Bu sualı elə bir insan yoxdur ki, uşaqlıqda özünə verməsin.

 "Şaxta Baba" adıyla tanınan Xristian dünyasında daha çox Santa Klaus olaraq bilinən Nikolas Aralıq dənizi sahillərində (Patara şəhərində) yaşamış bir Xristian din adamıdır. Daha çox gənc ikən belə möcüzələrə sahib olduğu duyulurdu. Məşhur buğda tacirinin oğlu olan Nikolasa atasından böyük miras qalır və o, sərvətini yoxsullara kömək üçün xərcləməyə qərar verir. Patara şəhəri o zaman  ağır dövrlərini yaşayırdı. Qızlarına cehiz verə bilməyən ailələr belə vardı. Nikolas insanların bu durumunu anlayaraq gecələr görkəmini dəyişib açıq olan pəncərədən problemi həll edəcək qədərində bir kisə qızıl atırdı. Yaşadığı ömürdə buna oxşar yüzlərlə yaxşılıqlar etmişdir.

 Bu hadisənin ortaya çıxmasından sonra o bölgədə bir çox gizlicə edilən köməklərin əslində Nikolas tərəfindən edildiyi anlaşılırdı. Nikolasın ölümündən sonra bölgə xalqı bir-birlərinə gizlicə hədiyyə verməyə başlayırlar və bu adət halını alır. İnsanlar  “Müqəddəs Nikolas”ın varlığına inanıb, hər çətinliklərində onların köməyinə çatacağını düşünürdülər.

 Nikolas bir müddət sonra Pataranın qonşu şəhəri Muraya köç edir. Mura Baş yepiskopu ölmüş və yerinə kimin təyin olunması sual altında idi. Beləliklə, səhər kilsəyə ilk gələn adamın baş yepiskop olması qərarlaşdırılır. Nikolas kilsəyə təsadüfən ilk gələn adam olaraq baş yepiskop təyin olunur. Burada da möcüzələrinə davam edərək üç generalı ölümdən qurtarır. İnsanları duaları ilə çətinlikdən xilas edirdi.

 Nikolasın yaşadığı illər tam olaraq məlum deyil. Amma bir çox mənbələrin verdiyi məlumata görə, o, 343-cü il dekabrın 5-ində vəfat etmişdir. Öldükdən sonra insanlar onun etdikləri köməklər müqabilində kilsədə ona rəhmət diləyirdilər. Nikolasa doğma olan Patara şəhərində Santa Klaus adlı balaca bir kilsə var. Səlib yürüşləri əsnasında 20 Aprel 1087-ci ildə əcnəbi tacirlər onun sümüklərini oğurlamış və gizli yerdə basdırmışlar. Geridə qalmış bir qisim sümük isə bu gün Antaliya Muzeyində saxlanmaqdadır.  Zaman keçdikcə Nikolas obrazı müasirləşdirilərək indiki Santa Klaus formasına gətirilmişdir.

  Azens.az

  Orucova Jalə