AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
14 Avq

Tarixin ən güclü imperiyaları

Bu məqaləni qiymətləndir
(2 səs)

 Tarixdə mövcud olmuş imperiyalardan oxuyarkən insanın içindən həmin dövrü görməsi keçir.

İmperiyalarda hökm sürən qaydalar, hakimiyyət və döyüşlərdən isə danışdıqca bitməz. Gəlin tarixin ən güclü imperiyalarına nəzər salaq:

 

1.  Roma İmperiyası

İstanbulun işğalı ilə yox olmuş bir imperatorluqdur. İmperiyanın tarixi qədim Roma dövlətində imperator Avqustun hakimiyyətini və ondan sonrakı dövrü əhatə edir. İmperiya dövründən əvvəl 500 il ərzində mövcud olmuş Roma Respublikası bir neçə vətəndaş müharibəsi nəticəsində zəifləmişdir. O dövrdə Qədim Romada baş vermiş bəzi hadisələr - Yuli Sezarın ömürlük diktator (e.ə. 44) təyin edilməsi, Oktavianın Aktium döyüşündə qələbəsi (2 sentyabr e.ə.31) və Roma Senatının onu şərəfli Avqust adı ilə təltif etməsi (16 yanvar e.ə.27) artıq Roma Respublikasının avtokratik imperiyaya keçidi ilə əlamətdardır. E.ə. 31-ci ildən başlayaraq Roma ən qüdrətli imperiyaya çevrilir. Bu imperiya öz tərkibinə şərqi Aralı dənizi, Şimali Afrika, Avropanın xeyli hissəsini daxil etmişdir.

Roma imperatorluğunun fəaliyyəti 1453-cü ildə Osmanlı imperiyasının yeddinci padşahı II Mehmetin İstanbulu fəthinə qədər sürmüşdür.

 

2.   Osmanlı İmperiyası

1299-1923-cü illərdə varlığını sürdürmüş böyük türk dövlətidir. Әsası 1299-cu ildə müasir Türkiyənin Biləcik ilinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopoluələ keçirmiş və öz paytaxtına çevirmişdir. 622 il davam edən bu böyük imperiya Aralıq dənizi və Qara dənizi əhatə edən Asiya, Avropa və Afrika qitələrində yüz illər boyu hökm sürüb. Osmanlı XVI əsrdə dünyanın ən güclü imperiyasına çevrildi.

 

3.   Britaniya İmperiyası

Tarixin ən böyük imperiyasıdır, Birləşmiş Krallıq tərəfindən idarə olunan dominionlar, müstəmləkələr, protektoralar və mandatları və digər asılı bölgələrdən ibarət olan imperatorluq idi. Ən güclü dövründə dünya tarixində ən geniş torpaqlara sahib olmuş imperatorluq idi, bir əsr boyunca dünyanın ən öndə gələn qlobal gücü idi. 1922-ci ildə 458 milyon adam, yəni dünya əhalisinin dörddə biri, Britaniya imperatorluğunun hakimiyyəti altında idi [1] və torpaqları 13.000.000 mil kvadrat (33.000.000 km2) əhatə etdi.

 

4.   Monqol İmperiyası

1206-1294-cü illərdə Asiyada qurulmuş qədim bir imperatorluq. Monqol İmperatorluğu 1206-ci ildə Çingiz xan tərəfindən qurulmuşdur, cənub-Şərqi Asiyadan Orta Avropaya qədər uzanan geniş bir sahəni əhatə edirdi. Çingizxan ömrü boyu vuruşmuşdur, yeni yerləri zəbt etmək arzusunda olmuşdur.

 

5.  Əhəmənilər İmperiyası

Əhəmənilər İmperiyası  e.ə. VI əsrin ortalarından 330-cu ilədək Yaxın və Orta Şərqin bir çox ölkəsini hakimiyyəti altında birləşdirən qədim İran dövlətdir. Hakimiyyətdə olan Böyük Kir Ermənistanı, Lidiyanın və Kryozun (Lidiya çarı) sərvətini ələ keçirib bütün Anadolunu öz hakimiyyəti altında birləşdirmişdir. Anadolunu ələ keçirdikdən sonra Babilə hücum etdi və oranı da fəth edib özünü Babil kralı elan etmişdir. Bundan sonra isə Misirə hücum hazırlıqlarına başlamış, şimal şərqi möhkəmləndirmək üçün skiflərlə müharibə etmiş və bu döyüşlərin birində Kraliça Tomirisin ordusuna məğlub olaraq həyatını itirmişdir.

 

6.  Əməvilər

Xilafətdə hakim olmuş sülalə (661-750). Dörd Xəlifə Dövründən (632-661) sonra Müsəlman Ərəb İslam Dövlətinə suveren olan xanədan. Xəlifə Əlinin 661-ci ildə öldürülməsindən sonra başa keçən Əməvilər, 750-ci ildə Abbasilər tərəfindən yıxılıncaya qədər hökm sürdülər.

 

7.  Tzin sülaləsi

1644-1911-ci illərdə Çində iqtidarda olmuş xanədan. Pekini 1644-cü ildə tutmalarına baxmayaraq mancurlar bütün Çinə nəzarət etməyə yalnız 1683-cü ildə nail oldular. Mancurlar neokonfutsiçiliyi dəstəklədilər və Min siyasi sistemini modelləşdirdilər. Tzin sülaləsinin(1644-1911) hakimiyyətə gəlməsindən sonra müsəlmanların sakit yaşam tərzi başa çatdı.

 

8.  İspaniya İmperiyası

Beş qitədə torpağı olan, dünyanın ilk qlobal imparatorluğudur. İspan İmperatorluğu İspaniya və ya İspaniya hökmdarları tərəfindən fəth, miras qalan və ya əl qoyulan əraziləri əhatə edir. Bu ərazilərə Şimali və Cənubi Amerikanın geniş seqmentləri də daxildir. 1492-ci ildə Qranadanın tutulmasından, 1898-ci ildə İspaniyanın koloniyası Filippin ərazisinin ABŞ tərəfindən işğal edilməsinə qədərki dövrü əhatə etmişdir.

 

9.   Fransız İmperiyası

Bu imperatorluq 1534-cü ildən başlayaraq Əlcəzairin müstəqilliyi qazandığı 1962-ci ilə qədər sürmüşdür. Dövründə dünyanın 100-də 10 hissəsini əhatə edirdi.

 

AZENS.AZ

Oxu 1183 dəfə