AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Bakının sirləri: Hökümət Evi

 Bakıda olan “sirli” tikililərdən biri də Hökümət Evidir.

Bu bina müharibədən (1941-45 illər) sonra estetik baxımdan Azərbaycan arxitekturasında mühüm rol oynamışdır. O dövrlər bu bina ətraf mənzərəyə nisbətdə dominantlıq təşkil edirdi. Belə ki, ətfafda olan alcaq və xırda həcmli tikililərə baxanda bu bina çox nəhəng və möhtəşəm görünürdü. Həmin dövrlərdə bu tikiliyə heç kimin yuxarıdan baxmaq imkanı olmadığında, elə ilk günlərdən bu bina haqqında müxtəlif əfsanələr yaranmağa başlamışdı. Bu tikintidə alman hərbi əsirləri çalışırdı. Elə bu səbəbdən də yaranan əfsanələrin birində belə deyilirdi ki, güya alman hərbi əsirləri bu binanı gizli olaraq svastika formasında inşa edirlər. Bu haqda gizli, alcaqdan, pıçıltı ilə söz-söhbətlər gəzirdi. Əgər bu həqiqətən də belə olsaydı, bunu yuxarıdan baxmaqla, çox asanlıqla görmək olardı. Əslində isə tikilən Hökümət Evini svastika formasında görmək, Kolizeyi beşbucaqlı formasında görmək kimi bir şey olardı. Bu möhtəşəm binanı heç də almanlar deyil, rus sovet arxitektoru Lev Rudnev V. Munçla həmmüəllif olaraq inşa etdirmişlər. İnşa edilmiş Hökumət Evinin yuxarıdan görünüşü isə enli П (Pi) formalıdır.

 Bakıda Hökumət Evi kimi tanınan bu möhtəşəm bina məhz məşhur arxitektor L.Rudnevin fantaziyası əsasında tikilib başa çatdırılmışdır. L.Pudnevin dünya şöhrətli arxitektur əsərlərindən biri Moskvadakı MDU-nun(Moskva Dövlət Universiteti) baş korpusudur. Bu tikilinin də arxitektoru Lev Rudnevdir. Bu arxitektor müharibə illərindən (1941-45-ci illər) sonra Bakıda mıhtəşəm bir binanı – Hökumət Evini tikmişdir.

 Əslində isə bu binanın tikintisi 1934-cü ildən planlaşdırılmışdı. Həmin ildə Azərbaycan SSR Xalq Komissarları Soveti tərəfindən “ Bakıda Sovetlər Sarayının (o vaxtlar Hökumət Evi belə adlandırılırdı) tikilməsi haqqında” qərar qəbul olunmuşdur. Bu qərara görə, həmin bina inşa edildikdən sonra yaşayış binalarında yerləşən dövlət müəssisələrinin hamısı bu binaya köçürülməli, dövləti yığıncaqlar, tədbirlər, iclaslar, hətta qurultaylar belə bura keçiriləcəkdi. Bu məqsədlə də binanın inşası ilə bağlı ümumittifaq konkurs elan olunmuşdur. Konkursda Pudnev və Munç qalıb olur, 2-ci yeri  Dadaşov və Useynovun Şirvanşahlar sarayı üslubunda işlənmiş proyekti (sonralar “Moskva” mehmanxanasının müəllifi) , 3-cü yeri isə bakılı Konstantin Sençixinin proyekti tutur( sonralar “Monolit”in müəllifi).

 Tikintiyə 1935-ci ildə başlanmalı idi. Ilkin olaraq tikintiyə 2.000.000 rubl ayrılmışdır. Tikinti 1937-ci ildə başa çatdırılmalı idi. Amma müəyyən səbəblərdən tikintinin inşası ləngimiş, 1936-cı ildə inşaya başlanmış və tikintinin başa çatdırılması uzanmış, tikintinin sona çatmasına isə müharibənin başlaması mane olmuşdur.

 Binanın tikintisi müharibədən sonra – 1945-ci ildə bərba edilmiş və elə həmin vaxtdan da Leninin heykəli ilə əlaqədar müsabiqə elan edilmişdir. Bu müsabiqədə 1-ci yeri Cəlal Qaryağdı və L. Rudnevin proyektləri (bu heykəl 1955-ci ildə öz yerini tutur, 1991-ci ildə onun yerini Azərbaycan bayrağı tutur). Binanın inşası 1952-ci ildə başa çatdırılır.

 1960-70-ci illərdə  Hökumət Evi ətrafinda kompleks binalar inşa edilir ki, bu binalardan - “Azərbaycan” və “Abşeron” mehmanxanalarını, Hacıbəyov küçəsində inşa edilmiş 16 mərtəbəli binanı və “Azərpoçt”un binasını göstərmək olar.

AzEns.AZ