AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Bəzi ölkələrdə sürücülük vəsiqəsini necə alınır?

 Sürücülük vəsiqəsi almaq üçün dünyada ümumi, universal bir standart mövcud deyil.

Bu baxımdan, müxtəlif ölkələrdə sürücülük vəsiqəsinin necə alındığı haqda oxucularımıza maraqlı qanunlardan söz açacağıq:

  1. Hindistanda  sürücülük vəsiqəsi almaq üçün cəmi 30 gün sürücülük məktəbinə getmək lazımdır. 30 gün sürücülük məktəbinə getdikdən sonra bir neçə çox asan olan suallara cavab verilir və sürücülük vəsiqəsi əldə olunur.
  2. Bir vaxtlar Mexiko (Meksikanın paytaxtı) şəhərinin sakinləri sürücülük vəsiqəsi almaq üçün nə testdən keçməli, nə yol hərəkəti qaydalarını bilməli, nə də ki, avtomobili idarə etmək bacarını göstərməli idi. Sadəcə, şifahi olaraq müvafiq orqana müraciət etmək və avtomobili idarə edərkən çox ehtiyatlı olmağı demək kifayət idi. Amma sonralar hökümət anladı ki, sürücülük vəsiqəsi almaq istəyənlər mütləq müxtəlif testlərdən (sürücülük və yol hərəkəti qaydaları və s.) keçməlidirlər.
  3. Misirdə sürücülük vəsiqəsi almaq üçün çox mürəkkəb və çətin bir praktiki testdən keçmək lazımdır. Yəni, sürücülük vəsiqəsi almaq istəyən şəxs S- formalı maneələrlə dolu uzun və dar bir yolu heç bir maneəyə toxunmadan avtomobili idarə etməlidir (Misirə gedən hər bir kəs bunu yerli sürücülərin maneralarında o saat hiss edə bilərlər). Bu imtahan o qədər çətindir ki, heç kəs bu imtahanı ilk dəfədən verə bilmir və bir neçə dəfə özünü sinamalı olur. Elə bu səbəbdən Misirdə sürücülərin əksəriyyəti sürücülük vəsiqəsi olmadan avtomobilləri idarə edirlər.
  4. İtalyanlar sürücülük bacarığını ball ilə qiymətləndirlər. Belə ki, hər bir təzə sürücüyə 20 ball verilir. Hər dəfə qaydanı pozduqda sürücünün balları azalır. Nə vaxt sürücünün balı 0-a çatırsa, həmin andan sürücü sürücülük hüququndan məhrum edilir və həmin şəxs mütləq yenidən imtahan verib sürücülük vəsiqəsi almalıdır.
  5. Cənubi Dakotada(ABŞ) həddi-buluğa çatmayan uşaqlar da sürücülük vəsiqəsi ala bilərlər, amma onlara kiçik bir məhdudiyyət qoyulur. Bu məhdudiyyət də ondan ibarətdir ki, bu uşaqlar avtomobili valideynlərinin nəzarəti olmadan yalnız səhər saat 6:00-dan axşam saat 22:00-dək idarə edə bilərlər. Çox “məntiqli” məhdudiyyətdir, elə deyilmi? J
  6. Finlandiyada sürücülük vəsiqəsi almaq üçün verilən imtahan dünyada ən çətin imtahanlardan hesab edilir. Çünki orada teoretik testlərlə yanaşı, avtomobilə qulluq, gecə vaxtı avtomobili idarə etmək, həm də qaranlıqda sürüşkən(buz bağlamış) yollarda sürücülük bacarığını göstərmək lazım gəlir.  Bütün bu imtahanların hamısından bacarıqla çıxmayana sürücülük vəsiqəsi verilmir.
  7. Şimali Koreyada sürücülük vəsiqəsinin 14 kateqoriyası var. Bu da ondan irəli gəlir ki, orada şəxs avtomobilə malik olmaq qanunla qadağandır. Qaydalara uyğun olaraq sürücülük vəsiqəsini ancaq varlı ailələrdən olanlar ala bilir və onlar da sürücülük vəsiqəsi aldıqdan sonra dövlət strukturlarında sürücü qismində çalışırlar.
  8. Çində sürücülük vəsiqəsi almaq üçün 45 dəqiqə ərzində 100 suala cavab vermək lazımdır. İmtahan verən şəxs 90 sualı düzgün cavablandırsa da belə, bu qənaətbəxş sayılmır və həmin şəxs imtahandan keçmir. Bu bilərəkdən belə edilmişdir, cünki hökümət belə hesab edir ki, sürücülük vəsiqəsi almaq istəyən şəxs qaydaları tək əzbərləməli deyil, onların hamısını yadda saxlamalı və praktikada onları bacarıqla tətbiq etməlidir.

 Bəs kim istədiyi zaman sürücülük vəsiqəsi və nömrə nişanı olmadan avtomobili idarə edə bilər? Bu şəxs Britaniya kraliçası II Yelizavetadır. Onun 90-dan artıq yaşı olmasına baxmayaraq, hələ də çox böyük həvəslə avtomobil idarə edir.

AzEns.AZ