AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

İslamda içki niyə qadağandır?

 Planetimizin ən cavan dinlərindən biri də islam dinidir və digər dinlərə nisbətən islamda spirtli içkilərə qoyulan qadağalar daha ciddidir.

 İslamda ümumilikdə, uyuşdurucu maddələrin, bəzi qidaların qəbulu qəti qadağan olunur. Digər dinlərdə isə bu barədə ya heç nə deyilmir, ya da ki, buna çox loyal yanaşılır.

 Məhəmmədin peyğəmbərliyinə, islamın yaranmasına qədər həmin ölkənin xalqı bütpərəst idi və onlar spirtli içkilərdən məişətdə və mərasimlərdə çox geniş istifadə edirdilər. Spirtli içkilərə həvəs və məhəbbət o zamankı şeir və nitqlərdə belə öz əksini tapmışdır.

 Şəhərlərdə, əsasən isə Ərəbistan yarımadasının vilayətlərində içməli su problemi vardı (necə ki, indi), su olsa da, içmək üçün yararsız (həm duzlu, həm də çox bulanıq) hesab olunurdu. Bu səbəbdən də əhali - ya südlə, ya şərabla, ya da ki, xurmadan alınmış maye ilə yanğısını yatırırdı. O zamankı şərabların dərəcəsi 20 olsa da, isti iqlim (+40 və daha yuxarı) bu dərəcəni 60 və daha yüksəyə qaldırırdı. Belə olan halda əhalidə içkiyə meyllilik daha da artırdı. Həmin dövrlərdə Ərəbistan yarımadasında əhali arasında içkiyə aludəçilik, içkiyə düşkünlük faciəvi bir hal almışdı və bir bədbəxtçiliyə çevrilmişdi. İçkidən zəhərlənib ölənlərin, qüsurlu doğulan uşaqların sayı həddindən artıq çoxalmışdı.

 İslamın ilkin dövrlərində spirtli içkilərdən tamam imtina edilməmişdi. Hətta islamı qəbul edənlərin özləri belə, spirtli içki qəbul edir, yemək- içmək süfrələrinə spirtli içkilər düzürdülər. Əhali arasında yayılmış kütləvi əyyaşlığı görən Məhəmməd peyğəmbər spirtli içkilərin içilməsinə qəti qadağalar qoyur və bununla da, millətin məhv olmasının qarşısını almağa çalışır. Məhəmməd peyğəmbər bilirdi ki, əhali arasında yayılmış kütləvi əyyaşlıq milləti məhvə aparır. Bunun qarşısının alınması üçün yeganə vasitə spirti içkilərin tamamilə qadağan olunması idi və bu qadağa da tətbiq edilir.

 Həmin dövrlərdə spirtli içkidən imtina necə həyata keçirilirdi:

· Əvvəlcə spirtli içkilərin həddindən artıq çox qəbulunun ziyanlı, hətta məhvedici tərəfləri xalqa izah edilir, onun zərər və ziyanları xalqa göstərilirdi.
· Sonralar kefli halda namaz qılmaq qadağan olundu. Çünki kefli halda namaz qılanlar duanın sözlərini ya unudur, ya da çox biabırçı bir məna verən sözlər işlədirdilər.
· Üçüncü etapda isə, ümumilikdə hər hansı bir bihuşedici maddənin qəbulu, fala baxmaq və qumar oynamaq şeytan əməli adlandırılaraq qəti qadağan olundu.

 Əslində, Quranda içkiyə qəti qadağa haqqında heç nə deyilməyib. Əksinə, içkiyə yumşaq, loyal bir münasibət bildirilir ki, bu da bir məsləhət, nəsihət xarakteri daşıyır. Müsəlman alimlər isə belə hesab edirlər ki, məhz Quranda şərab ilk dəfə olaraq “xəmər”(“ağlı əldən alan”, “ağlı azaldan”, “şüursuzlaşdıran”) adlandırılmış və onun da qəbulu günah hesab edilmişdir.

 Spirtli içkilərə qadağa qoymaqdan əlavə Məhəmməd peyğəmbər, müasir dillə desək - “quru” qanun qoymuşdu: belə ki, şəhərdə bir damcı da olsun spirtli içki olmamalı idi. Hətta ən aşağı dərəcəli şərablara belə qadağa qoyulmuşdu. Spirtli içkini içmək bir yana, bu cür içkiləri satmaq, gətirmək belə qadağan idi. Hətta şəhərə gələn yaddelli tacirlərin belə əllərindən spirtli içkiləri alınaraq, yerə boşaldılırdı.

 Xalqı içkidən tamamilə uzaqlardırmaq məqsədilə qadağanı pozub spirtli içki içənlərə toxunmaq, habelə yaxın durmaq haram buyurulurdu. Belə ki, qadağanı pozanları şeytanın, iblisin nökəri adlandırırdılar və onlara yaxınlaşan, toxunan kəsləri də şeytana, iblisə qul olacağı ilə qorxudurdular.

 

AzEns.AZ