AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

İsmayıl Kərimli

İsmayıl Kərimli

5 il əvvəl mən Azərbaycan Texniki Universitetinin "informasiya təhlükəsizliyi" fakültəsində bakalavr təhsili alırdım.

Qarşıma qoduğum əsas məqsəd ikinci magistr təhsilini uğurla bitirib gələcəkdə Harvard və ya Cambridge-də PHD təhsili almaqdır. Hətta, gələcək planlarımda universitetlərin birində dərs demək də var.

“Kaspi Təhsil Mərkəzi”nin əsas üstünlüyü səmimi aurasının və mehriban kollektivinin olmasıdır. Mənim Böyük Britaniyada universitet seçimimdə də çox böyük köməkləri olmuşdur.

Ölkəni tərk etdikdə ən böyük çətinliyim illərlə qazandığım dəyərli dostlardan uzaqlaşıb yeni həyata başlamaq oldu.

Bakını xatırladıqda ilk yada düşən şey əsəb, stres və gərginlik. Saatlarla uzun tıxaclar, növbə mədəniyyətinin formalaşmaması və bəzi insanlarda, hava limanından başlayaraq kobudluq.

 Xaricə təhsil almağa gedən şəxslərin hər il artmasına səbəb Azərbaycanda hər gün təhsilin daha aşağı vəziyyətə düşməsidir. Ümid edirəm ki, Azərbaycan yaxın gələcəkdə təhsildə inkişafa nail olacaq.

Həyatda qalib olmaq üçün həyatın enişlərini və çıxışlarını yaxşı dərk etmək və hər gün daha böyük hədəflərə can atmaq lazımdır.  

Qlazqoda Strathclyde Universitetini seçməkdə məqsədim digər universitetlərdən fərqli olaraq MBM-də daha çox praktikaya üstünlük verməsidir.

Həyat daha maraqlı olardı - zamanı geriyə qaytarıb yenidən yaşaya bilsəydik və beləliklə heç vaxt “əgər”  deməzdik.

Gələcəkdə özümü görürəm böyük bir korperasiyanın CEO-su kimi....

Azərbaycan və İngiltərə təhsilində fərq izah edilə bilinməyəcək qədər böyük, susula bilməyəcək qədərdə vacibdir.

Yüksək təhsil alma və mədəniyyətimə görə valideynlərimə borcluyam.

Ən sevdiyim sitat: “Life is a dream for the wise, a game for the fool, a comedy for the rich, a tragedy for the poor” və çalışmaq lazımdır ki, həyat sənin üçün gülünc yuxu olsun.