AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Elmar Mustafayev

Elmar Mustafayev

Təhsil və karyera uğurlarım məni həyata ilhamlandıran əsəs səbəblərdəndir.

İtaliyada təhsil almağı seçdim çünki ingilis dilini bildiyim üçün təhsil almağa getdiyim ölkənin  yerli dilini öyrənmək marağı ingilis dilli ölkə seçməməyimdə əsas rol oynadı. İtaliyanın tarixi və mədəniyyəti uşaq vaxtımdan məndə maraq oyatmışdı və seçimimdə də əsas rol oynadı. Hazırda təhsil aldığım La Sapienza Universiteti dünyada ikinci Avropda isə ən qədim və ən böyük universitetdir.

Son illər neft kapitalının insan kapitalına çevirilməsi yolunda atılan addımların ölkəmizin inkişafı üçün ən önəmli layihə kimi qiymətləndirirəm.

Mən o insanlardanam ki, əldə etdiklərimlə kifayətlənməyi sevmirəm və hər bir yeni nailiyyətdən sonra davamının olmasını istəyirəm.

Azərbaycan və İtaliyanın oxşar cəhəti budur: Emosional və bir o qədər də istiqanlı və mehriban insanları düşünürəm ki, ölkələrimiz arasında olan ən oxşar cəhətlərdir.

O zaman valideynlərimi çox üzmüşdüm, nə vaxt ki, 2009-cu ildə ABŞ-da Work and Travel Proqramına (Tələbələr üçün nəzərdə tutulmuş İşlə və Səyahət et Proqramı) qatılmışdım. ABŞ-da olduğum vaxt evə zəng edib dedim ki, təhsilimi atıb burda qalmaq istəyirəm. O zaman valideynlərimi çox üzdüyümü bilirəm və sevinirəm ki, onları dinləyib təhsilimi yarımçıq atmadım.

Ailə və karyera həyatını bir-birinə mane olmadan uğurla apara bilən qadın mənə görə İDEAL qadındır.

Xaricdə təhsil almış gənclərin bilik və bacarıqlarından maksimum yararlanaraq Azərbaycan daha çox inkişaf edə bilər.

Azens.az – çox maraqlı və uğurlu layihədir. Hər kəsin ensiklopediya əldə etmək kimi imkanı olmur. Elektron Ensiklopediya isə hər kəs üçün əl çatandır. Bundan başqa, mütəmadi olaraq yeni-yeni məlumatlar və informasiyalar əldə etmək imkanı elektron ensiklopediyanın üstün tərəfidir.