AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Əlikram İsayev

Əlikram İsayev

Bir neçə il əvvəl mən Bakı Dövlət Universitetinin tələbəsi, ali təhsilin bakalavr pilləsi üzrə məzun idim . İndi isə Harvard Universitetinin Kennedi adına İdarəçilik məktəbində magistr dərəcəsində təhsilimi davam etdirirəm.

Bəzən mən həsəd aparıram çox səyahət edən insanlara.

İnsanlarda sevmirəm mənasız özündən öyünməni, tənbəlliyi və uğursuzluqlardan çəkinməyi və öz üzərilərində az çalışmaq xüsusiyyətlərini. Yaşadığımız həyatda hər zaman uğur qazanmırıq və heç də həmişə məqsədimizə nail olmuruq, hədəflərimizə çatmırıq və ya müəyyən zaman alır çatmaq üçün. Müvəffəqiyyət əldə etmək üçün müəyyən uğursuzluqlardan keçməli oluruq.

Həyatda ən çətin şey mənim üçün müxtəlif yuxu rejimlərinə uyğunlaşmaqdır. Boston ilə Bakı arasında 9 saatlıq bir vaxt fərqi var. Hər səfərimdə bir neçə günümü adaptasiyaya, yəni vaxt fərqinə uyğunlaşmağa sərf edirəm və itirdiyim günlərə görə heyfislənirəm.

Savad, tərbiyə, mədəniyyət …. tərbiyəni ailədən alırıq, mədəniyyətin formalaşmasına yaşadığımız mühit təsir edir, savad isə təhsil müəssəsindən alınır. Bunların cəmi bizi şəxsiyyət kimi formalaşdırır. Üçündən biri zəif inkişaf etdikdə, şəxsiyyət tam olmur.

Bir neçə il sonra mən bu sözləri tələbə kimi deyil, həyatda öz mövqeyini tutmuş bir şəxs kimi söyləyəcəm.

Etiraf edim ki, Harvardda ilk günlər təhsil almaq xeyli çətin oldu. Fərqli təhsil sistemi, yuxusuz gecələr, saatlarla kitabxanada qalmaq və s. Amma bu çətinlik cəmi 2 ay çəkdi. Qarşıma məqsəd qoymuşdum ki, nə olursa olsun, öhdəsindən gəlməliyəm.

Həyat daha əyləncəli və maraqlı olacaq xəyallarımızı real həyata daşıyarsaq. Fikrimcə həyatın ən əyləncəli hissəsi uşaqlıq illəri ilə bərabər bitib.

10 il sonra Azərbaycan tam fərqli olacaq. Həyat səviyyəsi, insanların yaşam tərzi, maddi imkan və s. Bizi irəlidə tam fərqli, daha da gözəl bir Azərbaycan gözləyir.

Ən yaxşı cavab ən axmaq suala verilən cavabdır – səssizlik.

Xoşbəxtəm ki, bu gün Azərbaycanı xaricdə layiqincə təmsil edə bilirəm.

Harvard mənə verdi fərqli düşüncə tərzi, unikal təhsil, fərd olaraq inkişaf imkanları, gələcək karyeramın başlanğıcı.

Nə vaxt ki, bu sözü işlədirlər - “onsuz alınmayacaq” – çox məntiqsizdir. Şübhəsiz, insanların potensialının bir həddi var. Bununla belə, düşünürəm ki insanlar bir çox hallarda edə bildikləri işləri də “onsuz alınmayacaq” deyib, kənara qoyurlar.

İnsan mənəvi ölür nə vaxt ki, həyata sevgisi sönür, yaşamaq həvəsi tükənir.

Hər kəs tapmalıdır işıq gələn tərəfi.