AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Günel Musəvi

Günel Musəvi

Fikrimcə əsl kasıbçılıq tənhalıqdır.

Mən anlamıram o insanları hansı ki, hər şeyi vəzifə və pulla ölçürlər.

ABŞ-ı seçdim çünki, ailəmə verdiyim dəyər (ailəm ABŞ-a köçdü), məni oranı seçməyə cəlb etdi.

Məktəb illərində mən olduqca dəcəl idim

Məni xoşbəxt edəcək hiss analıq hissidir.

Mənim üçün əsl sevgi - diqqət, hörmət və qayğıdır.

Çox üzülürəm fransız dilini unutduğum üçün.

Mənə ilham verir yüksəlişə doğru gedən yolda uğur qazanmış insanların həyat hekayələri və mənə inanan insanlar.

Ən böyük hədiyyəm anamın gülüşüdür, fikrimcə bundan yaxşı hədiyyə ola bilməz.

10 il sonra Azərbaycan Qarabağı əldə etmiş qüvvətli bir dövlətə çevriləcək.

Unuda bilmədiyim an efirə ilk çıxdığım andır.

Hər şeyi bağışlaya bilirəm, yalnız xəyanət və vəfasızlıqdan başqa.

İdeal hesab etdiyim qadın təmkinli, sadə və təmizkar olandır.

Azərbaycan yoxsa ABŞ – fərq böyük olsa da, heç bir dövlət mənə Azərbaycan kimi doğma ola bilməz.

10 il sonra mən xoşbəxt ana, sevilən bir qadın və bir şirkət sahibi olacam.