AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Cahangir Məmmədov

Cahangir Məmmədov

Bu sitatı çox sevirəm: Həyatda dörd şey geri gəlməz - atılan ox, keçən zaman, ağızdan çıxan söz və qaçırılan fürsət. Professional həyatda insana uğur əldə etmək üçün ortalama 3-4 dəfə fürsət verilir. Fürsətləri dəyərləndirmək lazımdır. Tanıdığımız liderlər, qəhrəmanlar və tanınmışlar da onlara verilən bu fürsətləri yaxşı dəyərləndirə bildikləri üçün o mövqedədirlər.

10 il əvvəl mən artıq gələcək 10 illik planlarımı qurmuşdum. Mən insanların intellektual potensialını plan qurmaq qabiliyyətlərinə görə dəyərləndirirəm. Elə insan var şam yeməyinə qədər plan qura bilir. Elə insan da var ki, Amerikanın növbəti 50 illik iqtisadi planını. Hədəfim növbəti 25 ilimi planlamaqdır.

Fikrimcə insanlarda “ən sevilməyən” xarakter paxıllıq və kibrdir.

İngiltərədən ən böyük fərqimiz budur, onlar dünyanı dəyişdirən, biz isə dəyişən dünyaya uyğunlaşmağa çalışan ölkəyik.

Əsl Azadlıq sənə verilən azadlıq imkanlarının hamısından istifadə edə bilməkdir. Çünki, azadlıq nisbidir. Kimisi üçün bu imkanlar geniş, kimisi üçünsə məhduddur. Dünyada bütün canlılar, o cümlədən, insanlar da nisbi azaddırlar. Tam azadlıq yalnız Allaha məxsusdur.

Bu təhqir hesab olunur hansı ki, sənlə danışan insana qulaq asmırsan.

Kompüter Elmləri ixtisasını seçdim çünki, gələcək texnologiyaların əsasını bu elm təşkil edəcək. Elə bir sahə yoxdur ki, orada kompüter texnologiyasından istifadə olunmasın.

Vaxtımın çox hissəsini keçirirəm məişətdə və dünyada baş vermiş hadisələri təhlil etməklə.

Virtual həyat ya real həyat ..... Mən arzu edərdim ki, insanlar virtual həyatdan uzaq olsunlar. Çünki, bir mütəxəssis kimi deyə bilərəm ki, insanlar üçün virtual həyatın yaradılması ilk öncə müsbət xarakter daşıyırdısa belə, artıq bundan yeni bir silah növü kimi istifadə edirlər. Bunu yoxlamaq üçün çalışın iki günlük Facebook, Youtube və digər bu kimi saytlardan uzaq qalın. Görün bunu bacaracaqsınız mı?

Uşaqlıqda ən böyük arzum yolda gördüyüm kasıb insanlara əl tutmaq olub. Elə varlı olmaq istəmişəm ki, dünyada kasıb insan qalmasın.

O insanlar çox xoşbəxtdirlər, hansılar ki, Allahı öz məntiqləri ilə özlərinə sübut edə biliblər.

Bakıya döndüyümdə ilk etdiyim şey ailəmlə zaman keçirməkdir.. Ailəsi ilə vaxt keçirməyən kişi heç vaxt əsl kişi ola bilməz. Bu da ən sevdiyim sitatlardandır.