AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Xəyalə Eylazova

Xəyalə Eylazova

Özüm haqqında bunu deyə bilərəm: vətəninə, ailəsinə, sevdiyi insanlara və dostlarıma cox bağlı. Səmimi, insanlarla ünsiyyəti çox sevən, daima yeni biliklər axtarışında olan və öz üzərində cox çalışan.

Xaricdə təhsil insana yalnız savad deyil, dünyagörünüşünü genişləndirir, o ölkənin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verirvə mükəmməl iş imkanları yaradır.

Mənə uşaqlığımı xatırladır Bakının Bulvarı.

10 il əvvəl mən Azərbaycanı tərk edib Magistr dərəcəsi üzrə təhsil almaq üçün Norveçin Oslo şəhərinə yola düşmüşdüm.

Məni çox düşündürən problemlərin üzərində yenidən və yenidən təhlil aparıram və buda nəinsə doğru həllini tapmağa kömək etmir əslində.

Uşaqlığımın çox hissəsini Bakı ilə bağlıdır - uşaqlığımın ən gözəl və unudulmaz xatirələri... Yay aylarında isə mən ailəmlə birlikdə çox günlərimizi Babam və Nənəmlə keçirmişəm.

Əsl xoşbəxtlik nədir? Mənim üçün əsl xoşbəxtlik daxili rifah, sülh və məmnunluq,minnətdarlıq hissi təsvir edir. Ümumiyyətlə zənnimcə həyatından məmnun olub və belə məmnunluq, zövq, sevinc, ruh yüksəkliyi və zövq kimi xoş emosiyaların bir üstünlük yaşandığı hissə xoşbəxtlik deyilir.

Etdiyim bütün səhvləri bir həyat dərsi kimi qəbul edib irəli davam edirəm.

Bakı mənim üçün hər zaman məni gözləyən doğma şəhərimdir.

Güclü insan odur ki, daima pozitiv fikirlərlə gələcəyinə ümidlə baxır, çünki o insan ona verilən nemətlərə şükür edib əldə etmək istədikləri üçün çox çalışan biridir.

İnsanlarda qəbul edə bilmədiyim xarakter tənbəllik və negativ düşüncədir.

Mənə verilmiş ən yaxşı məsləhət bu idi: “karyeranız  və həyatınız  üçün bir seçim edərkən elə bil seçim edin ki, gələcək üçün çox qapıları açıq saxlasın”.

Dünən, bugün və sabahın fərqi - Dünənimiz zəif bir yaddaş, sabahımız yeni bir başlanğıc üçün şans, bu günümüz isə bunları bağlayan hisslərlə doludur.