AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Haqqımızda

 Azərbaycan Respublikasının İlk Elektron Ensiklopediyası olan Azens.az 2012-ci il iyul ayının 27-i YAP Gənclər Birliyi tərəfindən yaradılmışdır.

 Saytda yerləşdirilən mətnlər müxtəlif xarici dillərdən tərcümə edilir. Saytın Azərbaycandan kənarda da böyük oxucu kütləsi var.

 Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Hazırda beynəlxalq münasibətlərdə siyasi, iqtisadi, elmi-texniki, ekoloji və informasiya xarakterli amillərin müstəsna rol oynaması Azərbaycan Respublikasının milli maraqlarının ödənilməsində elmin inkişafına təkan vermişdir.Çünki dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. İnformasiya cəmiyyətinin əsas fəlsəfi mənası bütün insanların məlumat, bilik tələbatını ödəməkdən, onların arasında sosial kommunikasiya mühiti yaratmaqdan, bilik və fikirlərin, arzulanan məlumatı ictimaiyyətə çatdırmaqdan ibarətdir. Azens.az özlüyündə bütün bu xüsusiyyətləri birləşdirir.

 Azərbaycan öz qarşısında regional İnformasiya Kommunikasiya Mərkəzinə çevrilmək kimi iddialı hədəf qoyub. Artıq Azərbaycan dəfələrlə uğurlu beynəlxalq layihələrin müəllifi, təşəbbüskarı və əsas icraçısına çevrilib. Azens.az – Azərbaycanın dilinin, Azərbaycanın elminin inkişafında mühüm rol oynayacaq.

 Orucova Jalə - Azərbaycan Respublikasının İlk Elektron Ensiklopediyasının yaradıcısı.

“Xaricdə təhsil alan və almış gənclərlə çox ünsiyyətdə olduğumdan onların problemləri ilə də yaxından tanışam. Ən çox gileyləndikləri mövzu istədikləri məlumatı azərbaycanca əldə edə bilməməkləri idi. Elə bu səbəbdən belə bir sayt yaratmaq qərarına gəldim. Hazırda saytımıza bir çox ölkələrdən daxil olurlar və sayt xaricdə yaşayan azərbaycanlılar tərəfindən xüsusi reytinqə malikdir. Azens.az – dünya azərbaycanlılarının saytıdır və sayt üzərində bir çox layihələr həyata keçəcək. Saytımızı izləyən hər bir kəsə xüsusi təşəkkür edirəm.”