AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
05 Noy

"Uzundərə" rəqsinin tarixçəsi

Bu məqaləni qiymətləndir
(1 Səs)

 "Uzundərə" - Azərbaycan xalq rəqslərinin sırasında möhtəşəm yeri olan bu melodiya da Şuşada yaranmışdır.

"Uzundərə" haqqında müxtəlif rəvayətlər mövcuddur. Ağdamla Göytəpə kəndi arasında "Uzundərə" adlanan bir yer var. Rəvayətə görə, qədimdə ya Dağlıq, ya da Aran Qarabağa gəlin aparanda həmin dərədən keçər və bir qədər orada dincələrmişlər. Kişilər, qadınlar - yəni toy adamları vaxtlarını boş keçirməmək üçün musiqinin müşayiəti ilə oynayarmışlar. Bu rəqslərdən də birini - ən məşhurunu həmin yerin adı ilə "Uzundərə" adlandırmışlar.

 “Uzundərə” musiqisinin coşqun sədaları altında adətən qızlar, gəlinlər, hətta qocalar da rəqs edirlər. Bu rəqsin də ahəngindəki lirik, melodik cazibə ifaçıdan aramlıq, incəlik tələb edir. Olduqca zərif, emosional musiqiyə, xoreoqrafik kompozisiyaya malik olan "Uzundərə" üçün süzmə və digər maraqlı hərəkətlər xarakterikdir. Qədimdə bu rəqsi əsasən gəlin gətirilən vaxt çaldırar və qadınlar ifa edərdilər. Bəzi bölgələrdə isə bu rəqsi ancaq kişilər, yaxud da qadınla kişi oynayırlar. Mülayim tempə malik olan "Uzundərə"nin məqam əsası "Şüştər"dir. Çox geniş yayılan xalq rəqsimizdir. Dahi Üzeyir Hacıbəyli də "O olmasın, bu olsun" operettasında bu xalq rəqsinin melodiyasından istifadə etmişdir.

Oxu 4032 dəfə

Şərh verin.

Comments.