AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
09 May

Azərbaycan Milli Geyimləri - Küləcə

Bu məqaləni qiymətləndir
(2 səs)

KÜLƏCƏ — belə qədər düz, ətəyi büzməli olan qadın üst geyimidir.

Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı olurdu. Küləcə əsasən, məxmər və tirmədən tikilirdi. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq, pilək və məlilə ilə tikmə tikilirdi.

 Azərbaycanlı qadının geydiyi tumanın uzunluğu, Naxçıvan—Ordubad zonasından başqa, topuğa qədər olurdu. Naxçıvan—Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirdilər. Tuman 10—12 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan tikilirdi. Üst tumandan başqa onun altından geyilən tumanlara ara tumanı deyilirdi. Tumanlar büzməli yaxud qırçınlı olub lifəsinə tumanbağı keçirilirdi. Keci sapından toxunmuş tumanbağının iki baş tərəflərində rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olurdu. Tumanlar çitdən tutmuş tirməyə qədər hər cür parçalardan tikilirdi. Tumanın ətəyinə başqa parçadan köbə, müxtəlif baftalar, zəncirə və s. tutulurdu. Bəzi şəhərlərdə qadınlar küçəyə çıxarkən çaxçur da geyirdilər. Çaxçur müxtəlif ipək parçalardan tikilirdi.

 Qadın üst geyimlərini daha da gözəlləşdirmək üçün evdə və sənətkar karxanalarında hazırlanmış müxtəlif çeşidli baftalar — sarıma, qaragöz, zəncirə, şahpəsənd və s. mövcud idi. Bunlardan əlavə qızıl və ya gümüşdən hazırlanmış qoza və katibi qoza düymələr də qadın geyimlərinin yaxası boyunca tikilirdi. Köynəyin ətəyinə tikmək üçün qızıldan kəsilmiş ətəklik və ya midaxıl istifadə olunurdu. Bəzən köynəyin ətəyinə qızıl pullar tikilirdi. Qadın geyimlərində güləbətin, muncuq, pilək və s. tikmələr də geniş yer tuturdu.

 Qadınlar arxalıq və ya çəpkənin üstündən qızıl yaxud qızıl suyuna salınmış gümüş kəmər taxırdılar. Onlarla yanaşı dəri üzərinə gümüş pullar tikilmiş və gümüş toqqası olan kəmərlər də çox geniş yayılmışdı.

Qadın baş örtükləri içərisində kalağayı, müxtəlif örpəklər, naz-naz və qaz-qaz ipək örtüklər xüsusilə geniş yayılmışdı. Kalağayı Azərbaycanın Şəki, Gəncə və Şamaxı kimi məşhur ipəkçilik mərkəzlərində xüsusi karxanalarda istehsal edilirdi.

Bəzi yerlərdə qadınlar baş örtüyünün altından araxçın qoyardılar. Çox vaxt bu araxçınların üstünə qızıldan kəsilmiş müxtəlif formalı çaxma bəzəklər tikərdilər.

 Azərbaycanda çarşab əsasən bəzi şəhər və şəhəryanı kəndlərin sakinləri üçün səciyyəvi idi. Evdən çıxarkən qadınlar başdan ayağa qədər çarşaba bürünürdü. Çarşab bir rəngli atlasdan, dama-dama keci parçadan və müxtəlif çeşidli ipək parçalardan olurdu. Çarşab örtən qadınlar bəzən rübənddən də istifadə edirdilər.

 Azərbaycanlı kişilərin milli geyimləri də alt və üst paltarlardan ibarət idi. Kişi üst geyimləri üst köynəyi, arxalıq, çuxa və şalvardan ibarət olurdu. Qeyd etmək lazımdır ki, xalq geyimlərinin çox geniş yayılmış olan bu dəsti, cüzi fərqlər nəzərə alınmazsa, bütün Azərbaycan ərazisi üçün səciyyəvi idi.

 Kişi üst köynəyi iki növ olurdu: yaxası ortadan və yaxası yandan biçilən hər iki növün kiçik boyunduruğu olurdu. Köynəyin yaxası qaytandan olan düymə və ilgək ilə düymələnirdi.

 Kişi köynəkləri əsasən atlasdan və sətindən tikilirdi.

 AZENS.AZ

Oxu 6281 dəfə

Şərh verin.

Comments.

  • 1wdm097

    cialis cost cialis on internet cialis vs viagra reviews

    tadalafil usa brand cialis without a doctor's prescription

    1wdm097 Çərşənbə axşamı, 19 Dekabr 2017 20:14
  • CrystalCok

    allstate auto insurance quotes mr auto insurance shop auto insurance auto insurance greenville sc esure car insurance

    CrystalCok Şənbə, 23 Dekabr 2017 11:58
  • CrystalCok

    day car insurance car insurance quotes ga general auto insurance phone number car insurance in nyc nevada auto insurance requirements

    CrystalCok Şənbə, 23 Dekabr 2017 15:28
  • AgustinEreds

    best mattress ratings for 2017 top ten queen mattress brands in 2016
    foam mattress toppers costco mattresses in

    best mattresses 2015 reviews best baby mattresses 2016
    mattresses on sale amazon mattress stores in pasadena ca

    AgustinEreds Bazar ertəsi, 25 Dekabr 2017 03:08
  • Charlesanale

    viagra without a doctor prescription viagra without a doctor prescription
    generic viagra without a doctor prescription viagra without a doctor prescription usa
    viagra without prescription - http://viagrawithoutdoc.us/

    Charlesanale Bazar ertəsi, 25 Dekabr 2017 10:24
  • SonjaMor

    measurements of mattress sizes best soft organic mattress toppers
    macy s mattress toppers twin xl dimensions of standard mattress sizes

    mattress sizes chart in feet best rated mattress 2015 for back pain
    mattress firm scholarship mattress size us wiki

    SonjaMor Çərşənbə, 27 Dekabr 2017 15:46
  • AgustinEreds

    best crib mattress 2016 top 10 crib mattresses 2016
    who has memory foam mattress toppers on sale good mattresses 2017

    top 10 mattresses consumer reports 2015 best rated mattress for side sleepers 2015
    consumer reports mattress reviews 2014 size of queen mattress in inches

    AgustinEreds Cümə axşamı, 25 Yanvar 2018 05:54
  • AgustinEreds

    comforpedic loft from beautyrest reviews check my site

    best mattress review 2015 try this website

    AgustinEreds Şənbə, 17 Fevral 2018 04:04