AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
10 May

Bakı şəhəri hansı əsrdə yaranıb?

Bu məqaləni qiymətləndir
(6 səs)

Abşeron yarımadasında aparılan arxeoloji qazıntılar nəticəsində tapılmış materiallar Bakının və Bakı ətrafının çox qədim zamanlardan yaşayış məntəqəsi kimi mövcud olduğunu sübut edir.

Lakin şəhərin məhz hansı əsrdə yarandığı, onun bir şəhər kimi nə vaxt formalaşması hələ dəqiq məlum deyil. Alimlərimiz bu barədə qəti bir söz deyə bilmirlər.

Tarixçilərdən bir çoxları onu Qaytara, Albana, Baruka ilə bağlayırlar. Eramızın V-VI əsrlərinə aid mənbələrdə onu Baqavan, Atəşi Baquvan adlandırıblar. Yalnız IX əsrdən başlayaraq ilk dəfə ərəb tarixçilərinin əsərlərində biz “Baku”, “Bakuh”, “Bakuyə” sözlərinə təsadüf edirik. Daha sonralar Avropa və rus mənbələrində isə o, “Vaqa”, “Vasi”, “Vashi” kimi ifadə olunurdu. Fars mənbələrində isə “Badkubə” kimi qeyd edilirdi. Tarixçilərin fikrincə, qədim Baqi və ya Baki tayfalarının adları üstə ərəbcə cəm ədatı olan “an” əlavə etməklə “Baquan” və yaxud “Baqavan” sözləri alınmışdır. Bəzi dövrlərdə cəm şəkilçisi “an” ərəbcə “ye” şəkilçisi ilə əvəz edilərək “Bakiyə”,“Bakuyə” kimi kitabdan kitaba keçmişdi. Beləliklə, Bakı şəhərinin tayfa adı ilə adlandırılması ehtimal olunur. Sara xanım Aşurbəylinin fikrincə, Bakının bir şəhər kimi tanınması təxminən 10-cu əsrə aiddir. Bəzi mənbələrdə isə onun VI əsrdə yaradıldığı qeyd olunur.

Orta əsrlər Bakısı ilə bağlı yazılı mənbələrdə daim onun ətrafındakı «yanan atəş»dən danışılır. Bu barədə ilk söz açanlardan biri bizanslı Paniyli Priskdir, V əsrin əvvəllərində Qafqaz Albaniyasının şəhərini təsvir edərkən, o, «sualtı qayadan qalxan od»dan söz açır. IX əsrdən etibarən bölgədə islam dininın yayılması ilə bağlı Bakı ərəb coğrafiyaçılarının və tarixçilərinin yazılı mənbələrində kiçik, amma inkişaf etmiş feodal şəhəri kimi xatırlanır.

Bakı Azərbaycan Demokratik Respublikasının paytaxtı elan edildi və 1918-ci il sentyabrın 17-də F.Xoyskinin rəhbərliyi ilə hökumət Bakıya köçdü.  Hazırda bakılılar özləri şəhərin adını “Bakı” deyil, “Baki” kimi tələffüz edirlər.

AZENS.AZ

Oxu 5191 dəfə

Şərh verin.

Comments.