AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
14 May

Nargin adasının əsirləri

Bu məqaləni qiymətləndir
(0 səs)

Nargin adası Bakının həbsxanalarından biri idi.

1910-cu ildə H.Z.Tağıyev öz dəyirmanını həbsxanaya çevirib, hökümətə təhvil verəndən sonra Narginə göndərilən məhbusların sayı xeyli azalmışdı. Şəhər əhli öz məhbus qohum-qardaşı ilə görüşmək üçün qayıq və barkaslarla xüsusilə şiddətli fırtınalarda adaya getmək əzabından xilas olmuşdular. Birinci cahan müharibəsinin başlanması ilə Nargin adasında həyat təzədən qaynamağa başladı. Qafqaz cəbhəsində əsir düşən almanlar və türklər eşelon-eşelon buraya sürgün edilməyə başladı. Əsirlər arasında təkcə əsgər və zabitlər deyil, dinc əhalidən qocalar və uşaqlar da vardı. "Bəsirət" qəzeti 1917-ci il 22 dekabr tarixli nömrəsində xəbər verirdi ki, adada 8 minədək əsir yaşayır ki, bunlardan yarısı türklər, qalanı isə alman və avstriyalıdır. Bakının xeyriyyə cəmiyyətlərinin əsirlərə yemək və geyim cəhətdən kömək etmələrinə baxmayaraq, əsirlərin vəziyyəti çox ağır idi. Qış aylarında baraklar qızdırılmırdı, su çatışmırdı, yatacaq yerləri boş taxtalardan ibarət idi. Qəzetin yazdığına görə gündə yüzlərcə əsir tələf olurdu.

Həmin ilin dekabr ayında şəhər idarəsi adadakı əsirlərin vəziyyətini öyrənmək üçün N.Nərimanovun başçılığı ilə Narginə komissiya göndərir. Adadakı vəziyyəti, hərbi əsirlərin güzəranını yoxladıqdan sonra Nərimanov əsirlərə kömək məqsədilə komissiyanın adından bir sıra təkliflər hazırlayıb Tiflisə; Qafqaz ordusu komandanlığına göndərir. Tədbirlərdə hər şeydən qabaq göstərilirdi ki, adaya daha əsir göndərilməsin, müharibədə iştirak etməmiş qocaları və uşaqları öz vətənlərinə göndərsinlər. Ya da uşaqları xeyriyyə cəmiyyətlərinin sərəncamına versinlər, xəstələri tezliklə şəhərə köçürsünlər. Yemək və su norması artırılsın və əsirlərin alt paltar və geyimlərlə təmin edilməsi qayğısına qalınsın.

 N. Nərimanov həmin il şəhər dumasında əsirlərin vəziyyəti barədə geniş məruzə ilə də çıxış etmişdi. O demişdi ki, "Nargin qəbiristanlıqdır, bu qəbiristanlığın yanında minlərlə adam öz ölümlərini gözləyirlər, 7 min adam isə bu növbədə öz yerini tutmaq üçün hazırdır". Palatalar qaranlıq və üfunətli anbarlardan ibarətdir. Sobaları yandırmaq üçün odun yoxdur. Barakların taxtaları aralıdır. Dama açılan pəncərələr şüşəsizdir. Bu qədər adamın sığışdığı anbarların içərisində ayaq yolu tikilib. Ayaq yolunun aralı taxtaları arasından üfunət bütün anbarlara yayılır. Bu şəraitə alışmayan adam burada 10 dəqiqədən artıq dura bilməz. Palatalar xəstələrlə doludur, sağlam adamlar xəstələrlə bir palatada yatırlar. Xəstələrdən çoxunun üst-başı öz ifrazatına bulaşmışdır. Xəstələrin çoxu alt paltarsız və çılpaq yorğan və şinellərinə bürünüb yatırlar. Mən orada başlarının altında yastıq əvəzinə kərpic olan çox adamın öldüyünü görmüşəm. Buraya su gec-gec daşınır. Elə vaxt olur ki, dərman atmağa da su tapılmır. Burada adamlar susuzluqdan da ölürlər. Gündə azı 45-50 adam ölür".

 Nərimanov "Hümmət" qəzetində çap etdirdiyi məqalələrində Nargin adasını "Göz yaşları axıdan ada" adlandırır. Belə ağır yaşayışdan əsir əsgər və zabitlər həmişə nicat yolu axtarırdılar. Əsirlər içərisində fərarilik çoxalmışdı. Üzməyi bacaran cəsurlar tapılmışdı ki, üzə-üzə Şıx kəndinə çıxıb, nicat tapmışdılar.

Qayıqlarla tək-tək qaçan əsgərlər də Bakı kəndlərində özlərinə sığınaq tapırdılar. Bakı kəndliləri də əsirlərin halına acıyaraq, onlara öz kömək əllərini uzadırdılar. 28  aprel çevrilişinədək Bakı kəndlərində gizlənmiş belə əsirlərə çox rast gəlmək olardı. 1918-ci il yanvarın 27-də motorlu qayıqla bir neçə türk zabiti və əsgəri qaçmışdı. Nargin adasındakı ağır vəziyyət türklərin Bakıya gəlməsinədək davam edir.

 

Oxu 5728 dəfə

Şərh verin.

Comments.

  • hjg7y9

    drugs-med.com pharmacy cialis
    canadian government approved pharmacies canadian-drugstore.com
    canada ed meds

    hjg7y9 Çərşənbə axşamı, 19 Dekabr 2017 15:19
  • CrystalCok

    race car insurance car insurance dwi auto insurance companies pa cheapest auto insurance in texas cheapest car insurance in texas

    CrystalCok Çərşənbə axşamı, 26 Dekabr 2017 10:16
  • Williesep

    nh car insurance mass car insurance www progressive auto insurance auto insurance claims statistics minimum car insurance texas

    Williesep Çərşənbə, 27 Dekabr 2017 00:14
  • CrystalCok

    illinois car insurance rates cheap car insurance in virginia ohio auto insurance cheapest auto insurance tulsa auto insurance charleston

    CrystalCok Cümə axşamı, 28 Dekabr 2017 00:51
  • harbourtech

    next-er, myrkhomes,
    [url=http://www.harbourtech.org/]harbourtech[/url]

    harbourtech Şənbə, 03 Fevral 2018 04:03
  • sunglasses-polarized

    travelerscodex, hingham-ma-real-estate,
    [url=http://www.sunglasses-polarized.com/]sunglasses-polarized[/url]

    sunglasses-polarized Şənbə, 03 Fevral 2018 13:48
  • Terrellbible

    generic cialis without a doctor cialis for daily use cost viamedic.com

    no prescription cialis cialis online

    Terrellbible Cümə axşamı, 22 Fevral 2018 02:57