AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
17 May

Bakıya aid olan adalar hansılardır?

Bu məqaləni qiymətləndir
(1 Səs)

Arxipelaq bir-birinə yaxın adalar qrupuna deyilir.

Bakı arxipelaqı da Abşeron yarımadasının cənubunda, Xəzər sularında yerləşmiş ada və bankələrdən ibarətdir. Bu ada və bankələr (bankə dənizin nisbətən dayaz yerlərinə deyilir) gəmiçilik üçün böyük təhlükə təşkil edirdi. Bunlar vulkan mənşəli olub yeraltı vulkanik qüvvələrin hərəkəti nəticəsində yaranmışdı.

Bakı arxipelaqına aşağıdakı ada və bankələr daxildir: Böyük Zirə (Bakının ruslar tərəfindən işğalından sonra adı dəyişilib Nargin qoyulmuşdur), Daş Zirə (sonralar ruslar tərəfindən Vulf adlanıb), Kiçik Zirə, Qum adası, Zənbil (sonralar dəyişib Duvannı olmuşdu. Həmin adaya bu adın verilməsi Stepan Razinin adı ilə bağlıdır. Razin öz dəstəsi ilə Volqadan Xəzərə keçdikdən sonra ətraf kəndləri talan edir və əldə etdikləriqənimətləri Zənbil adasına apararaq bölüşdürürdülər. Bölüşdürmək rus dilində olduğu üçün bu ada da Duvannı adlanmağa başlamışdı). Səngi Muğan adası sonralar Svina adlanmışdı. Çigil adası Oblivna, Qara Su adası Los, Gil yaxud Xara Zirə Bulla, Çilov adası Jiloy, Pirallahı adası isə Artyom adası olmuşdur. Son illərdə hökumətin qərarı ilə bu adalara köhnə adları qaytarılmışdır.Bankələr isə bunlardır: Savenko, Bezimyannı, Kornilov-Pavlov, Makarov, Borisov, Qolovçayev və başqaları.

Oxu 4461 dəfə

Şərh verin.

Comments.