AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
08 İyul

Bakının ilk gerbi necə yaranıb?

Bu məqaləni qiymətləndir
(1 Səs)

1967-ci 14 aprel Azərbaycan paytaxtının rəsmi gerbinin qəbul olunduğu gündür.

 Bu gerb qalxanın üzərində həkk edilmiş üç alov və onların altında həkk edilmiş dəniz dalğalarının təsvirindən ibarətdir. Lakin 1967-ci ildə bu gerb əslində yenidən təsdiq edilib. Çünki Bakının indiki gerbi Azərbaycanın Çar Rusiyasının tərkibində olduğu vaxtlarda yaradılmış Bakı quberniyasının və Bakı şəhərinin gerbindən yalnız çar tacının olmaması və müəyyən başqa kiçik elementlərlə fərqlənir.

Fikrət Nağıyev mətbuatda dərc olunmuş məqaləsində göstərir ki, Azərbaycan şəhərlərinin ilk gerbləri 1843-cü ildən yaradılmağa başlanıb:

“Bakının 1843-cü ildə qəbul edilən gerbinin yuxarı hissəsində də qızıl sahədə Xəzər vilayəti gerbinin bir hissəsi, mavi sahəsi olan aşağıda isə soldan dəvə və onun ətrafında zəfəran kolları, sağda isə torpağa sancılmış lövbər təsvir edilmişdir”.

“1883-cü ildə isə Bakının gerbi dəyişdirildi və qalxan üzərində qara fonda qızılı rəngdə üç alov işarəsi əksini tapdı”.

Əslində üç alov ideyası artıq 1843-cü ilin gerbində var idi. Lakin demək lazımdır ki, bu gerbin əsasını 1878-ci ildə Bakı quberniyası üçün yaradılmış gerb təşkil edirdi. Həmin gerbdə Rusiya imperatorunun qızılı tacı həkk olunmuşdu.

Bakı şəhərinin öz gerbinə gəlincə isə, bu gerbdə sadəcə çar tacı şəhər divarları şəklində stilizə edilmişdi.

Fikrət Nağıyev yazır ki, “Sovet hakimiyyəti qurulduqdan sonra isə digər müttəfiq respublikaların heraldikasında olduğu kimi, Azərbaycanın heraldikasında da bütün simvollar dəyişdirildi. Eləcə də ölkənin şəhər və rayon gerbləri ləğv olundu. Bakının 1883-cü ildə yaradılmış gerbi isə bəzi dəyışıklıklər edilməklə 1967-ci il aprelin 14-də qəbul edildi və ən nəhayət, 1975-ci ildə həmin gerbə yeni əlavələr olundu”.

1967-ci ildə qəbul edilmiş gerbdə üç atəş simvolu olduğu kimi saxlanmış, sadəcə bir qədər stilizə olunmuşdu. Bundan əlavə gerbin aşağı hissəsinə beş dəniz dalğası əlavə edilb.

Gerbin öz forması da maraqlıdır. Çünki heraldikanın qaydalarına görə dövləti və hakimiyyəti əks etdirən gerblərin əksəriyyətində qalxan əsas komponent sayılır.

Bu mənada Bakının gerbi qalxanın formasına görə rus heraldikasının əsas elementini özündə saxlayır. Maraqlıdır ki, Azərbaycanın dövlət gerbi də 1991-ci ildə dəyişdirilənədək rus qalxanının formasında idi. Halbuki artıq sovet hakimiyyəti illərində Gürcüstan SSR və Ermənistan SSR öz gerblərində məhz Qafqaza xas girdə qalxanları qoruyub saxlamışdılar.

Qəribədir ki, həm Gürcüstan, həm də Ermənistanın sovet illərindəki gerbləri heraldikanın qaydalarına daha uyğun idi.

 

Bakı quberniyasının gerbi 1878-ci ildə qəbul edilib

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakının 1883-cü ildə qəbul edilmiş gerbi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1967 və 1975-də qəbul edilmiş son variant

Oxu 1080 dəfə

Şərh verin.

Şərh.