AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
06 Sent

Şirvanşahlar sarayının sirri

Bu məqaləni qiymətləndir
(1 Səs)

Şirvanşahlar saray kompleksi XV əsrdə I Xəlilullah şahın iqamətgahı olub.

Şamaxıda tez-tez güclü zəlzələlə olması səbəbi ilə paytaxt bu şəhərdən Xəzər dənizində əsas liman şəhəri və möhkəmlənmiş istehkam olan Bakıya köçürülüb. Saray da bu məqsədlə inşa edilib.

Demək olar ki, hamı Şirvanşahlar sarayı haqqında bildiyi halda, indinin özündə belə Türkiyənin bir çox vilayətlərində tanınan sufi şeyxi, Xəlvətilik təriqətinin banisi Seyid Yəhya Bakuvinin məzarının burda yerləşdiyini çox az adam bilir.

Saray kompleksinin cənub hissəsində yerləşən Seyid Yəhya Bakuvi məqbərəsi yerüstü və yeraltı hissələrdən ibarətdir. Abidənin səkkizguşəli olan üst hissəsi dini ayinlər üçün nəzərdə tutulub, aşağı dörd künc hissədə isə qəbirüstü sərdabə yerləşdirilib. Yəhya Bakuvi Şirvanşah Xəlilullahın saray alimi olub. Şamaxıda doğulub və orda yaşadığı dövrdə Seyid Yəhya Şirvani kimi tanınıb. Sufi, Xəlvəti təriqətinə rəhbərlik edən Şeyx Sədrəddinin tərəfdarlarından olan Seyid Yəhya onun ölümündən sonra Bakıya köçüb.

Qeydlərə görə, Bakuvi burda yaradıcılıqla məşğul olarmış və onun indiki dövrə kimi gəlib çatmış 30-a qədər əsəri var. O, həmçinin Xəlilullahın uşaqlarının tərbiyəçisi olub. Tarixçilərin verdiyi məlumatlara görə Bakuvi vəfat etdikdən sonra elə saray ərazisində dəfn olunub.

 

Oxu 6846 dəfə

Şərh verin.

Comments.