AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
30 Sent

Qədim Bakının 7 sirli yeri

Bu məqaləni qiymətləndir
(4 səs)

Qədim tarixə malik olan hər bir ölkənin, demək olar ki, öz qədim şəhərləri və bu şəhərlərin öz sirli yerləri vardır.

Məsələn: Stokholmda - Qamla, Praqada – Stare mesto, Bakıda isə - İçərişəhəri göstərmək olar. Hündür qala divarları ilə hasarlanmış bu qədim yaşayış məhəlləsi 1977-ci ildə tarixi-memarlıq qoruğu elan edilmiş, 2000-ci ildən isə İçərişəhər, Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə YUNESKO-nun Ümumdünya İrslər siyahısına salınmışdır. Elə isə gəlin, İçəri Şəhərin 7 sirli yerləri ilə tanış olaq:

 

1. ŞAMAXI QAPISI. İçərişəhərə ekskursiya Şamaxı qapılarından başlayır. Bu qapılar “ Qoşa qala qapısı” da adlandırılır. XIX əsrin axırlarınadək bu qapı qalanın yeganə qapısı idi. 1868-ci ildə şəhərin hərbi qubernatoru Qafqazın Hərbi Dairəsinə müraciət edərək, şəhərin görünüşünün yaxşılaşdırılması məqsədi ilə qala divarlarının götürülməsini xahiş edir. İki ildən sonra qala divarının çöl yarusu (layı) uçurulur. 1886-cı ildə Dumanın iclasında bu məsələ bir daha qaldırılır və qala divarının ikinci yarusunun da uçurulmasına qərar verilir. İkinci yarus sökülərkən, ikinci yarusun “Zülfüqar xan qapısı” adlanan qapısı “Şamaxı qapısı”nın yanında yerləşdirilir. Beləliklə də, “Qoşa qala qapısı” anlayışı yaranır.

 

 

 

 

 

 

 

 

 

 

 

2. QIZ QALASI. Qız qalası – çox unikal və sirli bir tikilidir və bu qala Bakının vizit kartı hesab olunur. 28 metrlik bu qala XII əsrdə inşa olunmuşdur və qədim tikililərdən hesab olunur. Bəzi tədqiqatçıların fikirincə, qala atəşpərəstlərin ibadətgahı olmuşdur. Digər tədqiqatçıların fikrincə, isə bu qala müdafiə məqsədi ilə inşa olunmuşdur. 1907-ci ilədək qala mayak kimi istifadə olunmuş, 1964-cü ildən isə açıq muzey kimi fəaliyyət göstərmişdir. Bu yaxınlarda Qız qalasının konservasiyası həyata keçirilmiş və qala indi Azərbaycanın qədim tarixi keçmişindən xəbər verən bir abidədir. Qız qalasının hər bir mərtəbəsində quraşdırılan monitorlarda bu tarixi abidənin keçmişini əks etdirən əsatirlər, əfsanələr, hipotezlər və faktlar nümayiş etdirilir.

 

 

 

 

 

 

 

 

 

 

3. ŞİRVANŞAHLAR SARAYI. Bu saray - XV əsrdə, Şamaxıdan Bakıya köçüb gələn Şirvanşah hökmdarının Bakının ən hündür təpəliyində inşa etdirdiyi möhtəşəm saray ansamblıdır. Saray ansamblına daxildir: Sarayın ikimərtəbəli binaları, məscid, divanxana, Seyid Yahya Bəkuvinin mavzoleyi, hamam, Şərqi portal və dəfn yeri. Tikililərin hamısının üstü günbəz formalıdır və divar daşlarına oyma üslubunda naxışlar həkk olunmuşdur ki, bu da bura gələn qonaqların böyük marağına səbəb olur. Daşlara həkk olunmuş naxışlar orta əsr ustalarının yüksək məharətini və peşəkarlığını təcəssüm etdirir.

 

 

 

 

 

 

 

 

 

 

 

4. İTİ UCLU KOLONNADALAR. Qız qalasının yaxınlığında iti uclu kolonnadalardan ibarət olan dini -arxitektur kompleks yerləşir. Bu abidə hər tərəfdən eyvanlarla və kolonnalarla əhatə olunmuşdur ki. bu da müsəlmanlar üçün çox müqəddəs sayılan Məkkəni xatırladır. Bu unikal tarixi abidə 1964-cü ildə arxeoloji qazıntılar zamanı aşkar edilmiş və bundan başqa orada 52 qəbir də aşkarlanmışdır ki, bu qəbirlərin bəziləri iki dəfə istifadə olunmuş, bəziləri isə bir neçə mərtəbədən ibarət idi. Hal-hazırda bu tarixi kompleks açıq havada yerləşən muzey kimi fəaliyyət göstərir və burada alban və islam dövrünə aid bütpərəstlik abidələri nümunələri nümayiş etdirilir.

 

 

 

 

 

 

 

 

 

 

5.MƏHƏMMƏD MƏSCİDİ. İçərişəhərdə onlarla məscid var. Bunların içərisində ən çox dünyəvi əhəmiyyət kəsb edəni Məhəmməd məscididir. Bu məscidə “Sənıq Qala” da deyilir. Bu məscid 1078-ci ildə inşa olunmuş və İçəri Şəhərdə ən qədim tikililərdən hesab edilir. Tarixi məlumatlara əsasən, 1723-cü ildə rus çarı I Pyotr Bakını tutmaq üçün Bakı sahillərinə Hərbi Donanma göndərir və Donanma şəhəri atəşə tutur. Bu zaman şəhər divarının bir hissəsi və bu məscidin minarəsi yerlə yeksan olur.

 

 

 

 

 

 

 

 

 

 

 

6. İÇƏRİŞƏHƏR HAMAMLARI. Şərq şəhərlərini hamamsız təsəvvür etmək mümkün deyil, eləcə də Azərbaycanı – Azərbaycan hamamlarsız təsəvvür etmək olmaz. Belə ki, keçmiş zamanlardan bəri hamamlar təkcə yuyunub-təmizlənmək yeri deyil, dostların görüşüb söhbət etmək, ünsiyyət yeri, hətta tacirlərin alış-veriş şərtlərini müzakirə etmək üçün görüş yeri olmuşdur. O zamankı hamamlarda çayxanalar da fəaliyyət göstərərmiş (hal-hazırda bəzi böyük hamamlarda da bu cür çayxanalar mövcuddur). Hamamlar tək kişilərin deyil, qadınların da bir-biri ilə görüşüb, söhbət etmək yeri olmuşdur. Şəhər hamamları arasında ən böyüyü və ən qədimi Hacı Qaib hamamı hesab edilir. Bu hamam XV əsrdə inşa edilmişdir. Hamam uzun illər yerin altında qalmışdır. 1964-cü ildə arxeoloji qazıntılar zamanı aşkar edilmişdir. Digər bir məşhur hamam isə XVII əsrdə inşa edilmiş Qasım Bəy hamamıdır. Söylənilənlərə görə, bu hamamın günbəzlərini Qasım Bəy arvadlarının sayı qədər düzəltdirmişdir. Rəvayətə görə,  Qasım Bəy çox arvadlı olmuşdur. Bu hamam arxitektura baxımından İçərişəhərdəki orta əsrlərə aid olan hamamların içərisində ən maraqlısı və ən gözəlidir. Bu hamam dövlət tərəfindən qorunur.

 

 

 

 

 

 

 

 

 

 

 

7. KARVANSARAY QALASI. İçərişəhərdə bir neçə karvansaray olmuşdur ki, bu karvansaraylar Bakıya/ Azərbaycana yolu düşən səyyahlar, səyahətçilər, tacir və ticarətçilərin qalması, gecələməsi üçün nəzərdə tutulurdu. “Kiçik Karvansaray” və ya “Хаn Kаrvаnsаrаyı” adlanan, uzun illər baxımsızlıqdan qəza vəziyyətinə düşən ölkə əhəmiyyətli abidədə İçərişəhərin Konservasiyası üzrə Master Plan çərçivəsində əsaslı şəkildə bərpa-konservasiya işləri aparılmış, karvansaray öz əvvəlki şəklinə qaytarılmışdır. Karvansaray XV əsrdə tikilmişdir. Mənbələrə görə Şirvаn şаhı I Xəlilullah tərəfindən Bаkı sаkini Qаsım bəyə və оnun vаrislərinin istifаdəsinə vеrilmişdir. Kiçik və ya “Хаn kаrvаnsаrаyı” adlanan kаrvаnsаrаy ХV əsrin sоnu ХVI əsrin əvvəlində tikilmişdir. Plаndа kvаdrаt fоrmаlıdır.

 

 

 

 

 

 

 

 

 

 

 

AZENS.AZ / Jalə Orucova

Oxu 5186 dəfə

Şərh verin.

Comments.