AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
17 Okt

Müstəqilliyimizi tanıyan ilk dövlət

Bu məqaləni qiymətləndir
(1 Səs)

18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür.

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bəhs edərkən, heç şübhəsiz, tarixə "İstiqlalçı deputatlar" adı ilə düşən 43 nəfəri də yada salmaq lazımdır.

1991-ci ilin martında keçmiş SSRİ-nin bütün respublikalarında Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilib, o cümlədən də Azərbaycanda. Məqsəd bu idi: SSRİ qalsın və yaxud qalmasın? Bu referendumun bir variantı bu idi ki, sovet hökuməti qalsın, Azərbaycan da onun tərkibində yaşasın. İkinci variant o idi ki, sovet hökuməti dağılsın, Azərbaycan müstəqil olsun.

Həmin il martın 7-də, səsvermə günündə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyinin lehinə səs verib. Və onlar tarixə "İstiqlalçı deputatlar" adı ilə düşüblər. Yerdə qalan 300-dək deputat biz "SSRİ-ni istəyirik" fikrini səsləndiriblər.

1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib. 1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub.

Amma 2006-cı ilin dekabrında Milli Məclidə Əmək Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi Günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. O zamandan rəsmi bayram statusunu itirən həmin tarixlər iş günü sayılır.

18 oktyabrın iş günü elan edilməsi ölkədə birmənalı qarşılanmayıb. Bəzi tarixçilər Milli Məclisin Azərbaycan üçün çox önəmli bir tarixi dövlət səviyyəli bayramlar siyahısından çıxararaq, onu peşə bayramı səviyyəsinə endirməsini mənfi hal kimi qiymətləndirir.

Onu da qeyd edək ki, 1991-ci ildə Dövlət Müstəqilliyi Aktının əleyhinə çıxan Ali Sovetin bəzi keçmiş deputatları hazırda müstəqil Azərbaycan Respublikasında rəhbər vəzifələr tuturlar.

Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıyıb. Daha sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) ölkəmizi müstəqil dövlət kimi qəbul ediblər.

AZENS.AZ

Oxu 7663 dəfə

Şərh verin.

Comments.

  • nmd uk

    This web site is really a stroll-by means of for all of the data you wanted about this and didn抰 know who to ask. Glimpse here, and you抣l definitely discover it.

    nmd uk Çərşənbə, 05 İyul 2017 15:03
  • Davidplawl

    Canadian Pharmacy
    canadian pharmacy reviews
    Top Rated Online Canadian Pharmacies
    canadian pharmacy
    Canadian Online Pharmacy

    Davidplawl Cümə axşamı, 06 İyul 2017 01:26
  • Davidplawl

    canadian pharmacy cialis
    canadian pharmacy
    online pharmacy without scripts
    canada pharmacy online
    cvs pharmacy online

    Davidplawl Cümə axşamı, 06 İyul 2017 02:17
  • Davidplawl

    canadian pharmacy reviews
    Top Rated Online Canadian Pharmacies
    Top Rated Online Canadian Pharmacies
    Prescription Drugs Discount Prices Online
    online pharmacies that do not require a prescription

    Davidplawl Cümə axşamı, 06 İyul 2017 10:01
  • Davidplawl

    International Pharmacies that Ship to the USA
    International Pharmacies That Ship To The USA
    Online Drugstores
    CVS Pharmacy
    International Pharmacies that Ship to the USA

    Davidplawl Cümə axşamı, 06 İyul 2017 10:25
  • JordanMug

    canadian pharmacy online
    Canadian Pharmacies
    Best Online International Pharmacies
    Canadian Pharmacy
    canadian pharmacy viagra

    JordanMug Cümə axşamı, 06 İyul 2017 13:06
  • JordanMug

    reputable canadian online pharmacies
    Online Pharmacy
    canadian pharmacy viagra
    Online Pharmacies
    pharmacy online

    JordanMug Cümə axşamı, 06 İyul 2017 13:58
  • JordanMug

    online canadian pharmacy
    Online Pharmacy
    Top Rated Online Canadian Pharmacies
    Canada Pharmacy
    canadian pharmacy reviews

    JordanMug Cümə axşamı, 06 İyul 2017 16:20
  • JordanMug

    International Pharmacies that Ship to the USA
    Pharmacy Online
    Legitimate Online Pharmacies
    Online Pharmacy
    canadian pharmacy

    JordanMug Cümə axşamı, 06 İyul 2017 16:45
  • JordanMug

    International Pharmacies that Ship to the USA
    Online Pharmacy
    Legitimate Canadian Mail Order Pharmacies
    Canadian Pharmacies
    International Pharmacies that Ship to the USA

    JordanMug Cümə axşamı, 06 İyul 2017 18:02