AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
20 May

İlk neft quyusu 1848-ci ildə qazılıb

Bu məqaləni qiymətləndir
(1 Səs)

Dünyada ilk neft quyusu 1848-ci ildə Bakıda qazılmışdır və bununla da dünyada ilk dəfə olaraq neftin sənaye üsulu ilə əldə olunmasının təməli qoyulmuşdur.

 O vaxtdan indiyədək insanlar tərəfində 80 mlrd. ton neft əldə olunmuşdur. Müasir üsullarla neftin istehsalı (ildə 3 mlrd ton) dünya neft ehtiyatlarının 2,5% qədərindədir.

 Ukraynada neft və qaz verən Dnepro-Donetsk, Karpat və Krım-Qaradəniz sahili bölgələridir. Bunların ən birincisi 1937-ci ildə kəşf edilmiş və bu ərazidə olan 50-ə yaxın neft-qaz  yataqlarından əldə olunan yanacaq məhsulları ölkədə istehsal olunan neft və qazın 80%-ni təşkil edir. Karpat neft və qaz yataqları isə Zakarpatye, Ukrayna Karpatı və şərqdən Volıno-Podolya olmaqla Karpatyanı ərazilərdədir.

 MDB-də olan digər neft və qaz yataqları Şimali Xəzərətrafı (Kenkiyak və digər yataqlar), Saxalin adasında yerləşən 35 neft və qaz yataqlarıdır.

 Rumıniya nəzərə çarpacaq qədər neft və qaz ehtiyatlarına malik olan ölkələrdəndir. Rumıniyada Moyneştin rayonu, Ploeşti, Balten vilayəti, Transilvan hovuzu neft və qaz yataqları ilə zəngin olan ərazilərdəndir.

 1860-cı ildə Yer üzərində cəmi 5.000 ton neft əldə edilmişdir.

 Dünya üzrə illik neft istehsalının ən yüksək həddi 1979-cu ildə qeydə alınmışdır – 3,1 mlrd ton (dünya üzrə neft istehsalına aid cədvələ nəzər salsaq, son 40 ildə neft istehsalının necə sürətlə artdığını aydın görə bilərik).

 Neft istehsalı hər ölkədə müxtəlif hədlərdə olmuşdur. 1986-cı ildə MDB ölkələrində 0,6 mlrd ton, ÇXR-da 0,1 mlrd ton. Həmin ildə əsas neft sənayesi ölkələrində 2,2 mlrd tondan çox neft istehsal olunmuşdur ki, bununda 0,48 mlrd ton ABŞ-nın, 0,25 mlrd. ton Səudiyyə Ərəbistanının, 0,14 mlrd ton Meksikanın, 0,13 mlrd ton Britaniyanın, 0,1 mlrd tonu isə Liviyanın payına düşür.

 Dünyada hasil olunan təbii qazın 1/3 hissəsi MDB ölkələrinin üzərinə düşür. Bundan sonra nəzərə çarpacaq qədər qaz istehsalı ABŞ-a məxsusdur (0,55 trln m3).

 Neftlə zəngin olan amma çox zəif inkişaf edən Yaxın və Orta Şərq ölkələri adətən, öz neftini başqa ölkələrə ixrac edir. Fars körfəzi sahillərində yerləşən bu ölkələrdə hər bir qazmadan ildə 250-300 min ton neft əldə olunur və belə olan halda ABŞ-da hər bir qazmadan il ərzində 1000 ton neft əldə edilir (500 dəfə az).

 1980-cı illərin ortalarında dünya bazarında neftin qiyməti əvvəlki illərə nisbətən aşağı düşərək – 1 tonu 105-110 dollar təşkil edirdi, 1980-cı illərin əvvəllərində isə bu rəqəm - 1 tonu 210-230 dollar təşkil edirdi. 1970-ci ildə isə bu rəqəm- 1 tonu 7-8 dollardan yüksək deyildi.

 AzEns.AZ 

Oxu 1602 dəfə

Şərh verin.

Comments.