AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
09 Dek

«Sarı Gəlin» mahnısının tarixi

Bu məqaləni qiymətləndir
(4 səs)

«Sarı Gəlin» Qıpçaq bəyinin qızına həsr edilmiş qədim Azərbaycan xalq mahnısıdır. Sarışın bəy qızına aşıq olan gəncə qızı vermədikləri üçün gənc eşqindən şeir yazar və onu həmişə dilində zümzümə edərmiş. Ərzurumlu gənc oğlan sarışın qızı qaçırmaq qərarına gəlir və qaçırır. Ancaq çox keçmir ki, bəy qızını tapır və aşiq gənc öldürülür.

 Azens.az saytının məlumatına görə, “Sarı Gəlin” mahnısının tarixi dinimizdən əvvələ gedib çıxır. Mahnı 3 notun üzərində qurulub. "Sarı gəlin" mahnısı 3 bənd (hər bənd 4 misra olmaqla) və təkrarlanan nəqarətdən ibarətdir. Deyilənlərə görə, qədim türk anlayışında "sarı" "kübar", "incə" deməkdir. Bizdə bu ifadə iki anlayışda –"rəng" və "ürəyimin sarı siminə toxunma" kimi istifadə edilir.Tarixin bəzi məqamlarında"Sarı gəlin"in qadın gözəlliyinə ünvanlandığı da fərziyyə kimi irəli sürülüb.

Əslində hekayənin qəhrəmanı olan qızın gürcü olduğu istiqamətində də iddialar vardır. Atatürk Universiteti Ədəbiyyat Fakültəsinin müəllimi Dr. Gürsoy Solmaz Sarı Gəlin türküsünün qəhrəmanı olan gənc qızın 1130-cu illərdə hakimiyyətdə olmuş Gürcü Kralının qızı olduğunu irəli sürmüşdür. Solmaz ''Türkünün qəhrəmanı qız nə Türk, nə də azəridir. Sarı Gəlin əslində gürcü qızıdır'' demişdir.

Qəlbində Azərbaycan sevgisi olan hər kəsə bu mahnı təsir edir. Milli Konservatoriyanın elmi-tədqiqat laboratoriyasının rəhbəri Abbasqulu Nəcəfzadənin fikrincə,"Sarı gəlin"in söz və musiqisi XVI əsrin məşhur dövlət xadimi və şairi Şah İsmayıl Xətaiyə məxsusdur. O deyir ki, Şah İsmayıl sarayda rəqqasə qızların oyununa baxarkən orada sarı rəngli libasda bir qız onun diqqətini çəkib və bu əsəri yazıb. Eyni zamanda, Şah İsmayıl azərbaycanlı xanımın saçının ucunu hörmədiyini yazmaqla rəqqasə qızı nəzərdə tutduğunu bildirib.

Kasıb mədəniyyətə malik olan ermənilər “Sari Gəlin” türküsünün onlara aid olduğunu iddia edirlər. “Sarı” sözü ermənicə dağ mənasını verir. Onların fikrincə, mahnı “dağlı qız” anlamındadır. Bu günədək Azərbaycanın bu qədim xalq mahnısına sahib çıxmağa cəhd edən Haylar (indi “erməni” adlandırılan vəhşi qəbilə) mahnını öz dillərində oxuyub sonunda "Sarı axçi" deməklə “sarı” sözünün də onlara aid olduğunu iddia edirlər. Lakin bu sözün xalis türk sözü olduğunu dünya filoloqları da qəbul edib.

Oxu 417639 dəfə

Şərh verin.

Comments.