AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
19 Mart

Sultanların sevimli şərq şirniyyatı

Bu məqaləni qiymətləndir
(0 səs)

  Paxlavanın tarixi çox qədimlərə söykənir. İndiki paxlavanın – yəni, bu türk şirniyyatının oxşarı qədim Assuriya mətbəxində də rast olunur.

  İranda paxlavanı qədim dövrlərdən hazırlayırlar. İranda bu qədim şirniyyat toyların, şənliklərin ayrılmaz bir hissəsidir. Burada hələ toya qədər gəlinlər paxlava bişirib, öz nişanlısına göndərməli, bununla da özünün mətbəx bacarığını göstərməlidir.

   Osmanlı imperiyasında paxlava sultanlara məxsus bir şirniyyat hesab olunurdu. O zamanlar Topqapı sarayında yalnız dəbdəbəli sultan toplandılarında masa üzərinə paxlava qoyulardı. O zamanlar adi adamlar üçün paxlava əlçatmaz bir şirniyyat növü idi.

  XVII yüzillikdə yaşamış məşhur səyyah Övliyya Çələbi öz xatirələrində paxlava haqqında xüsusi qeydlər etmişdir... O, yazırdı ki, Bitlisdə olarkən yediyi paxlavanın dadı ömürboyu yadından çıxmamışdır. O, həm də qeyd etmişdir ki. bu cür dadlı bir sirniyyata heç yerdə rast gəlməmişdir... Qetd etmək lazımdır ki, XVII əsrdə paxlavanı artıq Türkiyənin hər bir şəhərində hazırlayırdılar. Paxlavanın hazırlanma prosesinin çox çətin olmasına baxmayaraq, artıq XVII əsrdə bu şirniyyat hamı üçün əlçatan idi.

  XVII əsrdən başlayaraq paxlavanın resepti artıq Yunanıstana da gedib çıxmışdı. XVII əsrdə Afinada da paxlava hazırlanırdı. Hal-hazırda  paxlavanı müxtəlif reseptlərlə dünyanın bir çox olkələrində, hətta İngiltərə və Amerikada da hazırlayırlar.

  Azərbaycanda paxlava milli desertlərdən hesab olunur. 2008-ci ildə Gəncədə yerli şirniyyatçılar Novruz bayramı münasıbətilə nəhəng paxlava hazırlamışlar. Bu paxlavanı şirniyyatçılar 7 günə başa gətirmişlər. Paxlavanın hazırlanması üçün  7 min yumurta, 350 kq un, 350 kq şəkər, 350 kq yunan qozu, 25 kq fındıq və 20 kq badam işlədilmişdir. Bu nəhəng paxlavanın eni 3, uzaunluğu isə 20 metr olmuş və 15 min adam bu paxlavanın dadına baxmışdır. Bu paxlava nəhəngliyinə görə, MDB-nin və Rusiyanın rekordlar kitabına düşmüşdür.

  Türkiyədə paxlavanın 100-dən çox növü və bunların çox romantik adları vardır. Məsələn: “Sultan sarayı”, “Qadın göbəyi”, “ Bülbül yuvası” və sairə...

  Paxlava Şərq şirniyyatının tacı hesab olunur.

  AZENS.AZ 

Oxu 18321 dəfə