AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
20 Noy

Gözəllik qurbanları: ənənələr

Bu məqaləni qiymətləndir
(2 səs)

Gözəllik hər zaman dəbdədir və qadınlar gözəl olmaq üçün bir çox üsullara əl atırlar.

Amma bir sıra ölkələrdə gözəllik simvolları tamamilə fərqlənir. Azens.az saytının təqdim etdiyi bu yazıda siz onlarla tanış olacaqsız:

 

 

* Boğazda halqalar – Birma

Birma qəbiləsi olan padaunq qadınları 5 yaşından bəri boğazlarına metal halqa taxırlar. Hər il bu spirallar artır, qadın evlənənə kimi spiral sayı 20-ə çatır (ömür boyu isə 35 halqa) və çəkisi 5 kg olur.

 

 

 

 

 

 

 

 

* Dodağa taxılan boşqab – Efiopiya

Efiopiyanın Mursi qəbiləsində yaşayan qadınlar üzlərində olan bu dekorasiyanı uşaqlıqdan bəri daşıyırlar. Dodaqlarına taxdıqları taxta boşqab hər il diametr baxımından böyüyür və dodağın alt hissəsi nə qədər böyük olarsa, qadın o qədər gözəl hesab edilir.

 

 

 

 

 

 

 

 

* Deformasiya olunmuş ayaqlar – Çin

Qız uşaqlarının ayaqları 4-5 yaşından bintlənirdi və bu 10-12 yaşınadək davam edirdi. Bint açılarkən bu yaşda qızların ayaqlarının ölçüsü 10-12 sm təşkil edirdi. Bu cür ayaqlar “lotos” formalı ayaqlar adlanır.  Bintlər açıldıqdan sonra onlar  2-3 il ərzində ədalı yerimək öyrənirdilər və bundan sonra isə qızlar ərə getmək üçün yetgin hesab edilirdi.

 

 

 

 

 

 

 

 

* ”Gülüş döyməli” qadınlar - Yaponiya

Aynu tayfasından (Yaponiya) gələn bu ənənənin çox qədim tarixi var, bu ənənəyə yapon höküməti dəfələrlə qadağa qoyub. Qadınlar xüsusi bıçaqlarla ağızlarını gülüş formasında kəsir və ya döymə etdirərdilər.

 

 

 

 

 

 

 

 

* Qara dişlər – Yaponiya

Bəyaz dişlər özünə əminliyi və sağlamlığı ifadə etsə də, bu qəbilədə işlər əksinə idi. Yaponiyanın Oxaquro əyalətində qara dişlər və ya qara gülüş gözəllik hesab edilirdi. Oxaquro yapon aristokratiya terminidir. Qara dişlər qadının həyat yoldaşına vəfasını ifadə edirdi.

 

 

 

 

 

 

 

 

 

 

* Eybəcər döymələr – Apatanis

Apatanis qəbiləsinin (Hindistan) qadınları özlərini çirkinləşdirirdilər amma gözəllik uğrunda deyil. Digər qəbilələrə ərə getməmələri üçün qadınlar burunlarına vasitələr taxar, üzlərinə eybəcər döymələr çəkdirərdilər. 1970-ci ildən bəri bu ənənə öz gücünü itirmişdi, hazırda bu ənənyə yalnız yaşlı qadınlarda rast gəlmək mümkündür.

* Uzun saçlılar kəndi – Huanglo

Çinin Huanglo kəndində qadınların saç uzunluğu 1,8 metrə çatır.Çinin Huangluo kəndində saç qadınların ən qiymətli varlığı hesab edilir. Bu çinli qadınlar həyatlarında yalnız bir dəfə saçlarını kəsə bilirlər. O da on altı yaşda, özlərinə bir yoldaş axtarışına başlamazdan öncə edilə bilər.

 

 

 

 

 

 

 

 

AZENS.AZ / Jalə Orucova

Oxu 4619 dəfə

Şərh verin.

Comments.