AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
15 Yan

İlbizlər necə yaranır?

Bu məqaləni qiymətləndir
(0 səs)

İlbizlər səhralar və şimal qütbü istisna olmaqla, dünyanın hər yerində ən çox yayılmış canlılardandır.

İlbizlərin 90.000 civarında növü vardır. İlk öncələr ilbizlər dənizlərdə yaşamış, sonralar şirinsulu su hövzələrində, daha sonra isə quruda yaşamağa başlamışlar.Bu qarınayaqlı canlılar ağ ciyarlı canlıdırlar, qəlsəmələri (suda yaşayan canlıların nəfəs orqanı) olmur. Amma boyunlarının arxasında yerləşən mantiya qatı qaz mübadiləsini tənzimləyir ki, bu da nəfəs almanı əvəz edir.

Yer üzərində mövcud olan bütün ilbizlərin bədənlərindəki əzələlər rakvinaları ilə bir əlaqə təşkil edir ki, bu da onların çox incə və yumşaq olan bədənlərini əzilməkdən qoruyur. Bu əzələlərin köməyi ilə ilbizlər yığılaraq öz rakvinlərinin içərisində asanlıqla gizlənirlər.

İlbizlərin necə doğulması çox maraqlıdır. İlbizlər təbiət etibarı ilə hermafroditdirlər və onlar cütləşərkən qarşılıqlı sperma mübadiləsi edirlər. ilbizlər ildə bircə dəfə cütləşir və cütləşmiş hər iki ilbiz ayrı-ayrılıqda 1 il ərzində bir-birlərindən aldıqları spermaları daxillərində gəzdirirlər. Növündən asılı olaraq, diri balalayan və yumurta qoyan (kapsula formasında)  ilbizlər mövcuddur.

 Yumurtadan (kapsuladan) balaların çıxması xüsusən maraqlıdır. Belə ki, bu yumurtalar (kapsulalar) konteyner formalı olur və qapağı olur. Bu yumurtaların (konteynerlərin) içərisindəki balalar qapağı açaraq bayıra çıxmalıdırlar. Bayıra çıxa bilən doğulur, çıxa bilməyən əriyərək kapsulaya-konteynerə qarışır.

 İlbizlər rakvinasız dünyaya gəlirlər, böyüdükcə onların bellərində şiş yaranır və canlı ilə bərabər bu şişlər də böyüyür və dairəvi halqalı bir forma alır. İlbiz və rakvina o zaman yetkin (yetişmiş) hesab edilir ki, rakvina artıq öz parıltısını itirir, bərkiyir və ağırlaşır. Yetişmiş rakvinanın içərisində ilbizlər 10 illərlə rahat yaşaya bilirlər.

 Quruda diri doğulan çox unikal ilbiz növləri də mövcuddur ki, bunun özünü də təbiətin bir möcüzəsi hesab etmək olar.

Azens.az

Oxu 13243 dəfə

Şərh verin.

Comments.