AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
28 Yan

Matəm zamanı bayraqlar nə üçün endirilir?

Bu məqaləni qiymətləndir
(1 Səs)

Məlumdur ki, dövlət bayrağının endirilməsi milli matəm simvoludur.

Culian Franklinin “Qalxan və dəbilqə: heraldikanın təsviri, elm və incəsənət kimi”  kitabında deyilir ki, bayrağın endirilməsi ənənəsi XVII əsrdə Britaniya Hərbi dənizçilərindən başlamışdır. İlk öncələr bayraqlar qara bayrağın asılması üçün öz hündürlüyü qədərində aşağı endirilərdi. Qara bayraqların asılması bir növ ölümün və döyüşdə qələbənin və məğlubiyyətin qaçılmaz olmasını göstərirdi.

Bayraq endirmə ənənəsinin ilkin formasından fərqli olaraq, bir çox ölkələrdə bayraq endirmə müxtəlif cürdür.  Belə ki, bəzi ölkələrdə matəm günlərində bayraqlar bayraq dirəyinin yarısınacan endirilir. Böyük Britaniyada bayraqendirmə ənənəsinin ilkin formasına sadiq qalaraq, matəm günlərində bayraqlar onların hündürlüyü qədərində aşağı endirilir ki, bu da qara- matəm bayrağının asılması üçün idi.

Maraqlı olan odur ki, qaydalara uyğun olaraq bayraqlar matəm vəziyyətinə endirilərkən, əvvəlcə tam yuxarı qaldırılır və sonra yavaş-yavaş aşağı endirilir. Matəm günlərində istər dövlət bayrağı, istərsə də matəm bayrağı tam yuxarı qaldırılır və sonra yavaş-yavaş qaydaya uyğun olan ölçüyə qədər aşağı endirilir.

AZENS.AZ

Oxu 16412 dəfə

Şərh verin.

Comments.