AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
03 Fev

Karliklərlə liliputların fərqi

Bu məqaləni qiymətləndir
(0 səs)

Karliklər – hər hansısa bir xəstəlik nəticəsində boyatmanın dayandığı alçaqboylu adamlardır.

Həyatda daha çox distrofik karliklərə rast gəlinir ki, bunlar da orqanizmdə boyatma qarmonunun çatışmazlığı və hipofizin funsional pozuntusu (hipofizar karliklik) nəticəsində boyları çox balaca qalan insanlardır. Belə insanlar əsasən, elə də yöndəmsiz görünmürlər, bədən əzalarının ölçüləri də proporsional olur, yəni- uyğunluq təşkil edir və əqli inkişafları normal olur.

Lakin qeyri-proporsional bədən quruluşlu karliklər də az deyil. Bunlar da qalxanvari vəzin sekresiya çatışmazlığının olması nəticəsində yaranan əqli və fiziki inkişafın ləngiməsidir. Həm də bu cür xəstəlik raxitlik xəstəliyi ilə bir növ oxşarlıq təşkil edir. Bu gün təbiətdə bu cür xəstəliklərə tez-tez rast olunur və karlik oxondroplaziyası adlanır. Belə insanlarda bədən və baş quruluşu qeyri-proporsional olur: yəni, baş çox böyük və bədən çox kiçik, və ya baş böyük, bədən və əl-ayaqlar çox qısa və s.

Liliputlar – bu adamlara hipofizar çatışmamazlıq irsi olaraq nəsillikcə keçir. Liliputların boyu 40-90 sm, çəkiləri isə 5-dən 15 kq-dək olur. Statistik məlumatlara əsasən, bu gün planetimizdə 800-1000-ə yaxın liliput yaşayır. Liliputlar daha çox sirklərdə və səyyar sirk yarmarkalarında işləyirlər. Karliklərə nisbətən, liliputların görünüşü harmonikdir, yəni, tam proporsionaldır. Liliputlar, hətta yaşlı vaxtlarında belə balaca uşaqlara oxşayır.


Yekun nəticə:

    ·  Karliklər- hipofiz xəstəliyinə tutulanlar, liliputlar- bu xəstəlik onlara irsən, nəsillikcə keçənlərdir.

   ·  Karliklərin bədən quruluşları qeyri-proporsional olur, yəni-iri baş və bədən, çox qısa əllər və ayaqlar... Liliputların bədən quruluşu proporsional olur və əksər hallarda uşaqlara oxşayırlar...

 

 AZENS.AZ

 

 

Oxu 3307 dəfə

Şərh verin.

Comments.