AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
28 Fev

Əsl istifadəsini bilmədiyiniz 10 şey

Bu məqaləni qiymətləndir
(2 səs)

Bəzən elə əşyalar var kı, onların nə üçün və hansı məqsədlə yaradıldığı bizi düşündürür.

Həyatda istifadə etdiyimiz hər şeyin bir məqsədi var, bəziləri bizim üçün önəmsiz görünə bilər. Bu yazıda onlara aydınlıq gətirəcəyik:

1. Eskalatordakı fırçalar

Bu fırçaların məqsədi ayaqqabınızı fırçalamaq deyil, nərdivanla yan panel arasında hər hansı bir əşyanın düşməsinin qarşısını almaq, daha dəqiq desək, mexanizmin pozulmasını əngəlləməyə mane olmaqdır.

2. Diyircəkli qələm qapaqlarındakı dəlik

Diyircəkli qələm qapaqlarında olan dəlik əslində boğulma riskini azaltmaq üçün yaradılıb. Kiçik bir uşaq bu qapağı səhvən udarsa, o kiçik dəlik nəfəs yolunun tamamilə tıxanmasının qarşısını alır.

3. Çipsi paketindəki hava

Çoxunuzun çipsi firmalarının saxtakarlığı olaraq gördüyü bu boşluqlar əslində paket içərisindəki çipsinin daşınma, saxlanma və s. əməliyyatlar əsnasında əzilib-qırılmasına mane olmasıdır.

4. Təyyarə şüşələrindəki dəliklər

Təyyarə şüşələrində gördüyümüz kiçik dəliklərin iki səbəbi var: biri, hava təzyiqinin balansı. Çünki təyyarə havaya qalxarkən təyyarənin içində və xaricində böyük bir təzyiq fərqi meydana gəlir. Bu kiçik dəlik sayəsində o fərq tənzimlənir. Xırda dəliyin digər funksiyası isə şüşənin buğlanmasının qarşısını almaqdır.

5. Ayaqqabı və çantalardan çıxan paketlər

Çanta, ayaqqabı və ya bəzi dərman qutularında gördüyünüz bu paketlər nəmi çəkmək üçündür. Qoruduğu əşyanın nəmini çəkir, əşyanı quru və sağlam saxlayır.

6.  Yeni alınan şalvar və köynəklərdə əlavə parça

Bir çoxumuz bu parçanı həmişə yamaq etmək üçün qoyduqlarını düşünürük. Əslində isə bu parça sayəsində aldığınız yeni geyimi yuyunca necə vəziyyətə gələcəyini geyimi yumadan öyrənə bilərsiniz. Yalnız parçanı yumanız kifayətdir, rənginin dəyişib-dəyişmədiyini və ya kiçilmədiyini öyrənə bilərsiniz.

7. Converse ayaqqabılardakı dəliklər

Converse`nin kənarında mənasız kimi görülən dəliklərin məqsədi havalandırmadır. Bundan başqa, uzun olan bağcıqları bağlamaq üçün əlavə bir dəlik olaraq da düşünülmüşdür çünki Converse əslində bir basketbol ayaqqabısı olaraq yaradılıb.

8. Köynəyin arxasında olan kiçik halqa

Bu halqa ilk olaraq 1900-cü ilin əvvəllərində fəhlələrin köynəklərinə tikilmişdi.Əsl məqsədi geyinib- soyunma otaqlarında daha az yer tutması üçün asılması idi. Lakin illər keçdikcə köynəyin ayrılmaz parçasına çevrildi, bu gün bu halqadan elə asma məqsədilə istifadə olunur.

9. Plastik şüşə qablardakı Disk

Bir çox plastik şüşə qablarda dairəvi disk var. Bu diskin vəzifəsi sizin qapağı asan açmanıza mane olmasıdır. Əgər o plastik disk olmasa, qapaq sürətlə döndürülə və partlaya bilər.

10. Cins şalvarlardakı kiçik cib

XIX əsrdə bu ciblərdən zəncirli saatları daşımaq üçün istifadə edilirdi. Artıq bu saatlardan istifadə edilməsə də, hazırda cinslərə bu cib yaraşıq üçün əlavə edilir.

AZENS.AZ

Oxu 4697 dəfə

Şərh verin.

Comments.