AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
23 Mart

Dua edən zaman insan beynində nə baş verir?

Bu məqaləni qiymətləndir
(0 səs)

“Quran” və "İncil"də dua edən zaman insan beynində nə baş verdiyi haqda çox şeylər deyilir, elm isə bunları açıqlamağa çalışır.

Adi insan üçün isə həqiqi olanı odur ki, dua edən zaman və ya meditasiya zamanı onlar böyük bir zövq alırlar. Xristianlar bunu “mələklərin dili” adlandırırlar və hesab edirlər ki, dua zamanı və ya kilsələrdə dini mahnıları dinləyərkən insanın beyni aydınlanır və işıqlanır.

Pensilvaniya Universitetinin alimləri yuxarıda deyilənlərin nə dərəcədə doğru olduğunu yoxlamaq üçün müxtəlif üsullu təcrübələr aparmışlar və yuxarıda deyilənlərin həqiqət olması dəqiqləşmişdi.

Tədqiqat qrupunun rəhbəri olan Endrü Nyüberinin dediklərinə görə, insanı daha çox həyəcanlandıran dua edərkən yuxarıda deyilənlərin tam doğru olmasıdır. Alimin dediklərinə görə, insan həqiqətən dua edərkən və ya kilsələrdə dini mahnıları dinləyərkən zehni, beyni aydınlanır, işıqlanır və sanki insan bu zaman böyük bir rahatlıq yaşayır.

Alimlərin sübutlarına əsasən, ibadət, dua ilə məşğul olan insanlar daha nadir hallarda psixi problemlərdən əziyyət çəkirlər.

Böyük Britaniyada 1000-dən çox yevangeliyaçı arasında aparılan müşahidələrdən belə məlum olmuşdur ki, onların həyat əhval-ruhiyəsi, yaşam tərzi, hətta emosiyaları digərlərinə nisbətən daha stabildir. Aparılan tədqiqatların digər bir maraqlı tərəfi isə dua və ya meditasiya edənlər dua etdikdən sonra özlərini bu aləmlə bir harmoniyada hiss edirlər. Düşünürlər ki, bu aləmi kontrol etmək mümkünsüzdür, baş verənləri olduğu kimi qəbul etmək və baş verənlərlə barışmaq lazımdır. Bu cür düşüncə isə onlara xüsusi bir konfort və rahatlıq gətirir.

5 müxtəlif dillərdə danışan 5 qadın üzərində təcrübə aparılmışdır. Təcrübəyə əsasən, bu qadınlar dua edən zaman beyinlərdə eyni bir hissə aktivləşir, bu beyinin alın hissəsidir ki, bu da ətraf mühitin tənzimlənməsinə və idarəsinə nəzarət edən hissədir.

Budda din adamlarının üzərində aparılan təcrübədən belə nəticə hasil olmuşdur ki, onların beynində gedən kimyəvi proseslər adi insanlardan çox fərqlənir. Belə ki, həmin din adamlarının beynində gedən kimyəvi proseslər adi insanların beynində yalnız dua edən zaman gedir.

AzEns.Az 

Oxu 4902 dəfə

Şərh verin.

Comments.