AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
26 May

Dünyanın ən qədim mehmanxanası

Bu məqaləni qiymətləndir
(0 səs)

“Hoşi Ryokan” dünyanın ən qədim otelidir, bu otelin 1300 yaşı var.

Otelin inşasından XIII əsrə yaxın bir vaxt ötsə də, otel hələ öz yaraşıqlı görkəmini itirməmiş, öz xoş və qədim görkəmini saxlamışdır.Bu otel Yaponiyanın İsikava əyalətində, Xaku dağı ətəyində yerləşən Kamatsu şəhərindədir.

“Hoşi Ryokan” otelinin tarixi ilə bağlı çox əfsanələr mövcuddur. Deyilənlərə görə, vaxtı ilə bütün Yaponiyanı gəzib dolaşan və buddizmi təbliğ edən buddist monax Tayte Daysi bir dəfə yuxusunda görür ki, Xaku dağı ətəyindəki Avazu kəndi yaxınlığında yerdən isti su bulağı qaynayır. Bu da insanların müalicəsi üçün olduqca əhəmiyyətlidir. Monax yuxusunda gördüyü həmin yerə yollanır, həmin isti bulağı tapır. Şagirdi Qorio Xosiyə orada kimsəsiz qocalar üçün bir sığınacaq yeri, bir “qocalar evi”  tikdirməyi tapşırır. Az bir müddətə bina hazır olur və həmin binada yalniz qocalar deyil, yolu o yerlərə düşən hər bir kəs qala bilər və həmin müalicəvi sudan istifadə edə bilərdi (həmin isti sudan indiyədək bir çox xəstəliklərin müalicəsi üçün istifadə olunmuşdur).

Sonralar monax Tayt Daysinin şagirdi Qorio Xosinin oğlu həmin binanın yerində iri bir bina inşa etdirir və həmin binanı mehmanxana kimi istifadə etməyə başlayır. Mehmanxananın rəsmi inşa tarixi 717-ci ildir. Bununla da, Qorio Xosinin oğlu I Dzenqoro-Xosi dünyada ilk otel sahibi kimi tarixə düşür.

Yuxarıda sözü gedən mehmanxananın cəmi 100 nömrəsi var və 450 qonağı qəbul edə bilir. Bu otelin günü 580 dollardır (bunun içində səhər yeməyi və nahar da hesablanır).

AzEns.AZ 

Oxu 1983 dəfə

Şərh verin.

Comments.