AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
06 İyun

İlk şəkilli pasportdan harda istifadə olunub?

Bu məqaləni qiymətləndir
(0 səs)

XX əsrin əvvəllərində həyatı fotoqrafıyasız təsəvvür etmək mümkünsüz idi, o, zamanlar fotoqrafiya həyatın ayrılmaz bir hissəsinə çevrilmişdi.

Əsasən də, sənədlər fotoqrafiyalı olurdu, xüsusən də pasportlar. Uşaqlıqdan bizim tanıdığımız pasportlar 1915-ci ildən bu görkəmi almışdır. Bu cür dizaynlı pasportları ilk dəfə ingilislər hazırlayiblar: karton üzlüklü kiçik kitabça, - içərisində sahibi haqqında məlumatlar və kiçik bir fotoşəkil.

 Bu cür pasportların yaranmasına səbəb XIX əsrin ortalarında dəmiryolunun bütün Avropa ölkələrinə yayılması və böyük bir kütlənin dəmiryolu vasitəsilə Avropa ölkələrinə səyahətə çıxması olmuşdur. O zamankı fotosuz pasportlar sərhəd keçidlərində Avropaya səyahətə çıxan saysız-hesabsız qatar sərnişinlərinin yoxlamalar zamanı sənədlərinin dəyişik düşməsinə səbəb olurdu. Bu da sərhəd keçid məntəqələrində böyük bir xaos yaradırdı. Belə olan halda fotolu sənədlərin, pasportların yaranmasına böyük ehtiyac duyulmağa başladı.

 O zamanlar fotosuz sənədlər, pasportlar sərhədlərdə elə qarışıqlıq yaratmışdı ki, artıq bu xaosu aradan qaldırmaq mümkünsüz bir hala çevrilirdi. Belə olan halda əvvəlcə Fransa, ondan sonra Almaniya, İspaniya, İtaliya vizanı ləğv etmək məcburiyyətində qaldılar, bununla da fotosuz pasportları ləğv etdilər. 1914-cü ildə Avropada pasport sistemi, demək olar ki, yox olmuşdu. Elə həmin zaman I dünya Müharibəsi başladı: yaralanan və həlak olan casusların kimliyini müəyyənləşdirmək qeyri-mümkün idi. Döyüşən ölkələrin hökumətləri yenidən viza və pasport sistemini bərpa etmək məcburiyyətində qaldı.

 Fotoşəkilli pasportlar yaradıldığı zaman ingilislər fotodan əlavə, sənəd sahibinin sifət cizgilərini də sözlə yazırdılar: burun quruluşu, qaşlar, gözlərin rəngi və s.

 I Dünya Müharibəsinin sonlarına yaxın artıq Avropa ingilislərin yaratdığı pasport sisteminə keçmişdi. Hətta bu pasportların vərəqinin sayları ilk nüsxələrə nisbətən daha çox idi və yeni bölmələr peyda olmuşdu. Bu cür pasportlar bizim müasir dövrədək gəlib çatmışdır.

 Avropa pasport sisteminin ləğvi haqqında fikirləşdiyi dövrlərdə Rusiyada pasportsuz şəxs qanundan kənar hesab edilirdi və hər bir adama 1 illik pasport verilirdi. Pasport alan şəxs hər dəfə kiçik bir məbləğ ödəməli olurdu. Ancaq XIX əsrin sonlarına yaxın çar höküməti sərəncam verir ki, pasportun həmişə yanında gəzdirilməsi elə də vacib deyildir, pasport yalnız xaricə gedərkən və ya yaşadığı yerdən uzaqlaşdıqda götürülməsi vacibdir. Elə həmin sərəncamda pasportların 1 illik deyil, uzunmüddətli verilməsi nəzərdə tutulurdu və ödənişsiz idi. 1905-ci ildən  başlayaraq Rusiya vətəndaşlarına sərbəst olaraq yaşayış yeri seçmək hüququ da verilmişdi.

 1917-ci ildə bolşeviklər pasport sistemini ləğv etdi və yeni – “əmək kitabçası” vəsiqələrini yaratdı və bu vəsiqələri 16 yaşı tamam olan hər kəs ala bilərdi. Vəsiqələrin birinci səhifəsində bu sözlər yazılmışdı:- “işləməyən dişləməz”.

 İlk sovet pasportlarına bunlar qeyd edilirdi: ilk səhifədə soyad, ad, ata adı, sonra təvəllüd, yaşayış yeri, peşə və s. İlk sovet pasportlarına foto sahibinin arzusu ilə vurulurdu, pasport almaq isə məcburi deyildi.

 Sovetlər İttifaqında tam pasportlaşma sisteminə 1933-cü ildən keçmişdir və bütün Sovetlər İttifaqında vahid pasport sistemi tətbiq edilmişdir. Sovet İttifaqında kənd əhalisi isə 1974-cü ildən pasport almağa başlamışdır.

AzEns.AZ 

Oxu 812 dəfə

Şərh verin.