AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
25 Avq

Buddanın 10 qızıl həyat dərsi

Bu məqaləni qiymətləndir
(0 səs)

1. Budda demişdir: -“həmişə xırdadan başlamaq lazımdır.

Əsas odur ki, başlayasan. Bir stəkan götürüb, ona hər gün bir damcı su töksəniz müəyyən müddətdən sonra o ağzınacan dolacaq. Əgər siz bunu etməsəniz, sizin əvəzinizə bunu sizin üçün heç kəs etməyəcək və stəkan daima boş olacaq.”

Nə vaxtsa Ralf Yoldo Emerson demişdir: - “ hər bir usta nə vaxtsa   həvəskar birisi olmuşdur. Əsas odur ki, səbirli və inadkar olasan. Ancaq bu keyfiyyətlər nəticəsində həyatda yüksək məqsədlərə nail olmaq olar.

2. Buddadan daha bir fikir: - “hər bir fikir maddidir. Bizim hamımız bilməliyik ki, bizim bugünkü vəziyyətimiz keçmişdəki fikirlərimizi əks etdirir. Bizim “bugünümüz” keçmişdəki fikirlərimizin əksidir. Fərqi yoxdur siz neqativ və ya pozitiv fikirləşirsiniz, elə də olsa, belə də olsa, fikirləriniz gec və ya tez maddiləşir. Belə ki, sevinc, əminlik, xoşbəxtlik saçmaq mümkün olduğu halda, pis şeylər fikirləşməklə, beyninizi neqativ fikirlərlə məşğul etməklə həyatınızı korlamağa dəyməz. Özünüzü necə görmək istəyirsinizsə, o cür də olmağa çalışın.

3. Bağışlamağı öyrənin. Kim sizin xatirinizə dəyibsə və sizə qarşı pis bir hərəkət edibsə, onu ömürlük yadda saxlayıb, o adama qarşı kinə çevirmək lazım deyil. Əgər düşmənlərinizin sizə etdikləri neqativləri içinizə salsanız, gec-tez o sizi məhv edəcək. Əgər sizi incidib, xatirinizə dəyiblərsə, siz onları bağışlamağa çalışın və o adamlara qarşı kin bəsləməyin. Əgər bu metodu praktikada tədbiq etsəniz, bunun yaxşı mənada əhəmiyyətini hiss edəcəksiniz.

4. İnsanın dəyəri dediyi sözlərlə deyil, gördüyü işlərlə ölçülür. Siz psixologiya, özünüinkişaf və motivasiya ilə bağlı minlərlə kitablar oxuya bilərsiniz. Əgər siz o kitablardan əldə etdiyiniz bilgilərə, ibrətamiz nəsihətlərə, məsləhətlərə əməl etməyəcəksinizsə, onda sizin sözlərinizin və elminizin 1 qəpiklik dəyəri olmayacaq. Həmişə çalışın ki, həyatda xoş əməllər sahibi olasınız. Az danışıb çox işlər görəsəniz. O zaman siz verdiyiniz sözlərə görə hesabat verməli olmayacaqsınız.

5. “Başqalarını anlamağa çalışın ki, sizi də anlaya bilsinlər” – bu sözləri nə vaxtsa psixoloji bestellerlər müəllifi Stiven Kovi demişdir. İnsanları mühakimə etməzdən əvvəl onun problemlərini, düşdüyü vəziyyəti və nədən belə etdiyini anlamağa çalışın, əgər sizi də anlayıb başa düşmələrini istəyirsizsə. Həmişə həmsöhbətinizi elə anlamağa çalışın ki, sanki sizin həyatınız bundan asılıdır.

6. Həyatdakı ən böyük qələbə sizin öz üzərinizdəki qələbədir. Əgər siz öz hərəkətlərinizi və fikirlərinizi nəzarətdə saxlaya bilirsinizsə, onda siz istənilən hər hansı bir tapşırığın və problemin öhdəsindən asanlıqla gələcəksiniz. Öz fikir və hərəkətlərini idarə edə bilməyən kəs, özgələrini də idarə etməyi bacarmaz. Öz üzərində qələbənin mahiyyəti bundan ibarətdir.

7. Öz qəlbinizdə və ruhunuzda bir harmoniya axtarın. İnsanın ruhi və psixoloji durumunun nə vəziyyətdə olduğunu və bunun nə olduğunu sözlə söyləmək çox çətin bir məsələdir. Amma nə vaxt sizin həyatınız, sizin daxili arzularınızla üst-üstə düşərsə o zaman anlayır insan bunu, həmin andan ruhunuz sərbəst və azad olur və ürəyiniz sizə söyləyir ki, “siz artıq harmoniya əldə etmisiniz.”

8. Budda demişdir ki; - “minnətdarlıq böyük qüvvədir”. Bu bağışlamaq bacarığına nisbətən daha vacib bir qaydadır.İlahidən nəsə istəməzdən əvvəl, sizin malik olduğunuz hər bir şey üçün Ona minnətdarlığınızı bildirin. Sizi xoşbəxt edən insanlara minnətdarlıq edin. Sizə həyat bəxş etdiyi üçün validynlərinizə minnərdarlıq edin.Əgər bu həyatda minnətdarlıq tməyi bacarsanız. O zaman həyatda bütün arzularınıza çatacaqsınız...

9. Hər hansı bir şeyi dəqiqliyi ilə bildiyin halda heç vaxt geri çəkilmə və komprimizə getmə. Çünki neçə-neçə insanlar 100% dəqiqliyi ilə bildikləri işlərdən və öz prinsiplərindən geri çəkilməklə nə qədər imkanları əldən buraxmışlar. Həyatda həmişə öz biliyinizi sübut etməyə və təsdiqləməyə çalışın. Bu həyatda həmişə öz nəzər-nöqtənizin üstündə durmaqda və təsdiqləməkdə  sizə yardımçı olacaq. Arzularınızın puç olmasına imkan verməyəcək.

10. Səyahət edin və yeni hər bir şeyi yaxşı-yaxşı öyrənin. Səyahət – insan sevincinin ən böyüklərindən birisidir. Hər hansı bir məqsəd üçün getdiyiniz yolu heç vaxt yarımcıq qoymayın. Hər gün keçmişdə bilinməyən yeni bir şey açın. Belə olan halda, siz özünüzü daima xoşbəxt hiss edəcəksiniz.

AzEns.AZ

Oxu 2096 dəfə

Şərh verin.

Şərh.