AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
01 Noy

İlk avtomobil nömrəsi necə olub?

Bu məqaləni qiymətləndir
(0 səs)

İlk dəfə avtomobil nömrəsi 1901-ci il 25 aprel tarixində Amerikanın Nyu-York ştatında rəsmiləşmişdir.

Maşın sahibi soyadını, ünvanını, nəqliyyatın görünüşünü qeydə aldırmalı və qeydiyyat üçün 1 dollar ödəməli idi. Bundan sonra isə maşın sahibinə üzərində onun inisialı olan lövhə verilirdi. Bu müasir dövrdəki avtomobil nişan nömrəsinin ilkin variantı idi. Beləliklə də, ilk 1 il ərzində 954 avtomobil marafonu iştirakçısı 8 sm hündürlükdə olan və üstündə sahibinin inisialı yazılmış lövhələri avtomobillərinin üzərinə vuraraq,  ilk avtomobil nömrəsi alanlar kimi tarixə düşdülər.

İlk nömrələrin üzərində sahibinin inisialından başqa daha nələrin qeyd olunması haqqında dəqiq tarixi məlumatlar yoxdur. Amma onu qeyd eləmək lazımdır ki, Amerikada avtomobillərin nömrələnməsi Almaniyada avtomobillərə nömrə nişanlarının verilməsinə bir təkan verdi. Elə həmin ildə alman kommersantı Rudolf Hersoq Berlin Administrasiyasının icazəsi ilə maşınına A1 nömrəsi bağlamışdır. Nömrədəki A hərfi - onun həyat yoldaşı  İohannanın soyadının (Anker) baş hərfi, 1 rəqəmi isə İohanna Ankerin onun üçün tək və yeganə istəklisi olduğunu simvolizə edirdi. Bu səbəbdən də avtomobilçilərin nəzərində ilk maşın nömrəsi Rudolf Hersoqun eşq etirafı olmuşdur.

AzEns.AZ 

Oxu 2454 dəfə

Şərh verin.