AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
23 Avq

Əvvəllər Avropada insan zooparkları olub

Bu məqaləni qiymətləndir
(0 səs)

Əvvəllər XIX əsrdən XX əsrin əvvəllərinədək Qərbdə əyləncə məqsədi ilə Asiya və Afrikadan gətirilmış insanlar primitiv və vəhşı vəziyyətdə böyük bir kütlə qarşısında nümayiş etdirilən insan zooparkları mövcud olmuşdur.

Bu cür yerlər “Etnoloji ekspozisiyalar”, “İnsan sərgisi” və ya “Zənci kəndi” adları altında fəaliyyət göstərmişdir. Belə bir zooparklar daha çox Almaniyada uzunmüddətli olaraq (dəqiq məlumat olmasa da, təxminən 2059 gün) hər gün sərgilənirdi. Belə ki, bu zooparklarda darvinizmi əldə əsas tutaraq rasist sərlövhələrlə afrikalılar meymunlarla bərabər nümayiş etdirilirdi və bununla da afrikalıların meymunlarla bir kökdən olduğunu, bir-birinə çox oxşar olduğunu tamaşaçılara göstərirdilər.

 

 İlk insan sərgisi

 İndiki zooparklardan fərqli olaraq, o zamankı zooparklarda avropalılar daha çox okeanın o tayından gətirilmiş aborigenlər nümayiş etdirilirdi. Hətta Kolumbun özü də İspaniyada kütləyə nümayiş etdirmək üçün özü ilə neçə-neçə hindular gətirirdi. Buna digər bir misal olaraq, “Qottentot venerası” adı ilə tanınmış qottentot qadın Saarti Bartmanı göstərmək olar. Holland ailəsinin qulluqçusu olmuş bu qadın Keyptaundan Londona gətirilmiş və kütlə qarşısında nümayiş etdirilmişdir. Qadının çox iri olan yanları və sinəsi publikanın diqqətini cəlb edirdi və bu qadın özünün qeyri-adi və çox nadir görkəmi ilə hamının marağına səbəb olurdu. Bu cür tamaşalar XIX əsrdə daha çox nümayiş olunurdu. Buna misal olaraq, məşhur şou olan F.T.Barnumun sirkinı göstərmək olar. Bu sirkin ilk nümayişi 25 fevral 1836-cı ildə olmuş və burada, guya vaxtilə Corc Vaşinqtonun dayəsi yaşlı zənci-qul qadın Coys Het (Coise Heth) publikaya nümayiş etdirilmişdir. Cəmi 1 il sonra Coys vəfat etmiş və Barnum siam əkizləri Çenqa və Enqa Bankerləri nümayiş etdirməyə başlamışdır.

 

 1870-1945

 1870-ci ildən başlayaraq insan zooparkları, (bax.Afrikanın koloniyalar bölməsi) dünyada koloniyaları uğrunda mübarizə aparan Qərb ölkələrini bürümüş ikinci imperializm dalğasının simvoluna çevrilir. Həmin dövrlərdə bu cür zooparklar London, Barselona, Milan, Nyu-York, Varşava, Hamburqda mövcud idi və bu zooparkları hər dəfə 200-300 min tamaşaçı seyr edirdi. “Koloniya sərgiləri” adı altında sərgilənən zooparkların əsasını həmin koloniyalardan gətirilmış insanlar təşkil edirdi. O zamanlar Almaniyada Karl Xagenbekin “Samoa və Saami xalqlarının nümayişi” daha çox populyarlıq qazanmışdı. Zəncilərlə bağlı son ekspozisiya 1958-ci ildə Brüsseldə baş tutmuşdur ki, burada belçikalılar tərəfindən “Konqoleziya kəndi əhalisi ilə birgə”  böyük bir publikaya nümayiş etdirilmişdir.

 

  AzEns.AZ

Oxu 1838 dəfə

Şərh verin.

Şərh.