AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
19 Apr

"Selfie" nədir və nə zaman yaranıb?

Bu məqaləni qiymətləndir
(4 səs)

  Yəqin “selfie” sözünü son zamanlar sosial şəbəkələrdə çox eşitmisiz.

 “Selfie” ingilis lüğətinə 2013-cü ildə daxil edilmiş və sözün mənası özü öz şəklini çəkmək, özü özünün fotoqrafı olmaq anlamına gəlir. İngiltərənin ən güclü Universiteti hesab edilən Oxford "Selfie"  sözünü 2013-ci ilin sözü elan etdi.

  Məlumata görə, ilk “selfie” 1920-ci ildə çəkilmişdir. Şəkildə olan 5 kişi həmin dövrün məşhur fotostudiyası olan “Byron Company”nin əməkdaşları idilər, hansı ki bu studiya 1892-ci ildən fəaliyyətə başlamışdır. Hər iki foto eyni anda çəkilmişdir. Fotoların hər ikisi Nyu-Yorkun məhşur "Marceaus Studio"nun damında çəkilib.

  Hazırda məşhurlardan tutmuş adi şəxslərə kimi demək olar ki, hər kəsin sosial şəbəkədə “selfie” fotosu vardır. “Selfie” Avstraliya mənşəli sözdür. 2012-ci ilin sonlarda selfie şəkillər gənclər arasında daha çox məşhurlaşdı. 

 AZENS.AZ

 

 

 

 

 

 

 

 

 

Oxu 1831 dəfə