AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
29 İyun

Ramazan ayında ən çox oruc tutan ölkələr

Bu məqaləni qiymətləndir
(0 səs)

  Müsəlmanlığı bildirən əsas amillərdən biri oruc tutmaqdır. Bəzi ölkələrdə orucun müddəti 9 saat, bəzilərində isə 21 saat olacaq.

 Məlumata görə, bu rəqəm Yaxın Şərqdə 14-15 saat müddətində olacaq.

  Mənbənin məlumatına görə, dünya ölkələrində oruc tutma müddətinin 12 saata qədər fərqli və fasiləli olması təbiidir. Bu ondan irəli gəlir ki, bu məsələ yalnız şəri vaxtlarla hesablanmalı və ölçülməlidir. Bəzi ölkələrdə orucun müddəti 12-13 saat olsa da, bəzi ölkələrdə bu müddət 20-21 saatadək davam edir.

  Ən az oruc tutan ölkə Argentina olacaq. Burada müsəlmanlar 9 saat 30 dəqiqə oruc olacaqlar. Afrika qitəsində 10 və 16 saat 30 dəqiqə arasında dəyişir.

  Cənubi Afrikada müsəlmanlar 10 saat yarım oruc tutacaqlar. Əlcəzair, Liviya, Mərakeş və Sudanda yaşayan müsəlmanlar 14 saat, Tunisdə 15 və Misirdə 16 saat 30 dəqiqə oruc tutacaqlar.

  Avstraliyaya gəlincə, burada yaşayan müsəlmanlar 10 saat oruc tutacaqlar. Halbuki Asiya qitəsində Sinqapur, Hindistan, Pakistan, Malaziya müsəlmanları iftarı 12 saat gözləməli olacaqlar.  Qonşu İranda müsəmanlar 16 saat 40 dəqiqə oruc tutacaqlar.

  İraq, Suriya, Küveyt və İordaniyada 14 saat, Qətərdə 14 saat 40 dəqiqə, Yəməndə 14 saat 50 dəqiqə, Ərəb Əmirliklərində 14 saat 51 dəqiqə, Fələstin, Livan, Bəhreyn və Ərəbistanda isə 15 saat oruc tutulacaq.

  Avropaya doğru irəlilədikcə oruc saatı gedərək uzanır. Ən uzun oruc saaatı isə Danimarkada olacaq, 21 saat. İslandiyanın paytaxtı Rekyavik, İsveçin Kiruna və Norveçin Tromse şəhərlərində Ramazanın ilk günü 22 saata yaxın oruc tutulacaq. Stokholm, Oslo, Kopenhagen və Helsinki kimi şəhərlərdə isə müsəlmanlar 21 saata yaxın oruc qalacaq.

  İspaniya və Türkiyədə 17, İngiltərə və Almaniyada isə 16 saat oruc tutulacaq.

  Bundan başqa Amerikada müsəlmanlar 15 saat iftarı gözləməli olacaqlar. Meksikada isə bu müddət 13 saat olacaq.

  Azərbaycanda isə oruc tutanlar təxminən 17 saat 30 dəqiqə iftarı gözləməli olacaqlar.

 AZENS.AZ

Oxu 714 dəfə