AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
16 Okt

Qalifə şalvarları kim dəbə saldı?

Bu məqaləni qiymətləndir
(1 Səs)

 23 yanvar 1830-cu ildə Parisdə fransız generalı Qaston Oqyust de Qalife dünyaya gəlmişdir.

 Bu şəxs qalifə şalvar geymiş ilk süvari kimi tarixə düşmüşdür. Oqyust de Qalife ilk dəfə belə bir şalvarı geydikdən sonra, şalvar süvarı eskadronlarında bir hərbi forma kimi qəbul edilmiş, sonra isə adi vətəndaşlar arasında dəbə düşmüşdür. Bu şalvarlar ayaqdan dizədək çox dar, dizdən belədək isə çox enli olur.
 Qalife şalvarın özünəməxsus, romantik bir tarixçəsi var. Əfsanəyə görə, Fransa-Prusiya müharibəsi zamanı, 1870-1871-ci illərdə Qaston Qalife ağır yara alır və uzun müddət bu yaranın ağrılarından əziyyət çəkir. Hətta o zamanlar dəbdə olan dar şalvarları geyinə bilmir. Bu səbəbdən də Qaston çox nadir hallarda evdən bayıra çıxırdı.
 Bir dəfə Qaston Qalifenin köhnə dostlarından olan polkovnik Kovenkür ona bal-karnavala rəsmi dəvətnamə gətirir. Qalife bu karnavala getməkdən imtina edir. Amma polkovnikin qızı Anna-Mari onu çətinliklə də olsa, balda iştirak etməyə razı salmağa müvəffəq olur.
 Yüksək cəmiyyət nümayəndələrinin təşkil etdiyi bu bal-karnavala Qaston qeyri-adi bir şalvarda gəlir. Şalvar - aşağıdan dizədək çox dar, dizdən belədək çox enli bir formada idi (şalvar ona görə bu formada tikilmişdir ki, Qastonun yarasını sıxmasın). Bu cür şalvarda bal-karnavala gələn general Qaston gülüş hədəfinə çevrilir, gülüş atəşinə tutulur. Onu dəvət edən Anna-Mari işə qarışır, generala hava öpüşləri göndərək, generalın ünvanına komplimentlər söyləyir və onun geydiyi şalvarı tərifləməyə başlayır.
 Deyilənlərə görə, bu şalvarın fasonunu istəklisi Qaston üçün məhz Anna- Marı fikirləşibmiş. Elə həmin bu bal-karnavaldan sonra Qastonla Anna-Mari evlənirlər. Qaston Qalifenin geydiyi bu şalvar çox tez bir zamanda dünyada Süvari Ordusunda qulluq edənlərin hərbi formasına çevrilir və bu formalı şalvarların adı da elə generalın şərəfinə “qalife” adlandırılır.
“Qalife” şalvarlar XX əsrin 30-40-50-ci illərində də yenidən dəbə gəlmişdir.
 
AZENS.AZ

 

Oxu 1656 dəfə