AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
20 İyul

Simurq quşu haqqında əfsanə

Bu məqaləni qiymətləndir
(25 səs)

 Qədim İran əfsanələrində Simurq quşu “elm, bilik ağacı”nda yuva quran, gələcəkdən xəbər verən çox nəhəng bir quşdur.

 
  Quşların şahı hesab edilən Simurq quşu əfsanələrdə başı və ayaqları itə, dərisi balığa bənzər qanadlı fantastik bir canlı kimi təsvir edilmişdir. Bu onun suda, quruda və havada hökmranlığını göstərir.  Onun tüklərinin son dərəcə gözəl, al-əlvan olması qırqovulu və hətta tovuzquşunu belə kölgədə qoyurdu. Əfsanələrə görə Simurq quşu bütün xəstəlikləri müalicə etmək qabiliyyətinə malik olan, talenin ən güclü silahı və hətta o, ölümsüzlük simvolu hesab edilirmiş. Simurq hər şey haqqında hər seyi bilən, bütün dövrlərdən xəbərdar olan və dünyanın 3 dəfə məhvini görən bir quş – canlı sayılırdı. Əfsanələrə və əsatirlərə görə, Simurq quşu Zalın atalığı hesab edilirdi. Belə ki, guya o, Zalı lap körpə olarkən səhradan tapmış, onu öz yuvasına almış, onu yemləyib böyütmüş və sonra onun oğlu Rüstəmə (qədim İran eposlarının qəhrəmanı) peyğəmbərlik vermişdir.
 
  Əfsanələrdə Simurq quşu çox nəhəng və qüdrətli bir quş kimi təsvir olunur. Onu bir növ nəhəng quş olmuş Ruxun, qədim hind əfsanələrindəki İlahi bir quş olan Qarudanın, mifoloji Feniksin və müsəlmanların sehrli quş hesab etdikləri Anke Simurq quşunun analoqu hesab etmək olar. Əfsanələrə görə, bu quşlar 700 ildən 2000 ilədək ömür sürər, balaları böyüdükdən sonra özlərini oda atıb yandıraraq fəda edərlər.
 
  XII əsrə aid olan poemada müəllif Simurqu ilahiləşdirir. Bu alleqorik poemanın məzmuna görə, Simurq quşu bir çox insanların, hətta qrupların himayədarı kimi təsvir edilir. Bunu Firdovsi özünün “Şahnamə” əsərində daha qabarıq göstərmişdir. Bu əsərdə Simurq quşu epik qəhrəmanlar olan Samın, Zalın və Rüstəmin himayədarı və müdafiəçisi rolunda göstərilir.
 
  Əsatirə görə, bir dəfə Simurq quşu öz möhtəşəm lələklərindən birini Çinin düz ortasında salır. Lələyi görən və aralarında daim narazılıq olan quşların hamısı onu axtarmaq qərarına gəlirlər. Quşlar bilirlər ki, quşların şahı hesab edilən bu quşun adının mənası “Otuz quş” deməkdir və onun sarayı ən hündür dağlar silsiləsinin ən hündür nöqtəsində yerləşir. İlk-öncə bəzi quşlar Simurq axtarışına getməkdən boyun qaçırırlar. Belə ki, bülbül gülə olan məhəbbətini, tutuquşu gözəl lələklərini xilas etmək üçün qəfəsdə yaşamaq məcburiyyətində qalmasını, kəklik öz balalarından ayrıla bilməməsini və dağ döşündə qurduğu yuvasından ayrı qala bilməməsini, vağ bataqlığa olan sevgisini, bayquş qaranlığa olan sevgisini bəhanə gətirərək Simurq axtarışına getməkdən imtina edirlər. Sonradan onlar Simurqu axtarıb tapmaq məşburiyyətində qalır və yola düzələrək 7 dəniz, 7 dağ keçirlər. Bunlardan son ikisinin adı “Başhərlədən” və “Məhvedən”  adlanırdı. Quşların bəziləri bütün çətinliklərə tab gətirə bilməyib geri qayıdır, bəziləri isə həlak olur. Ən dözümlu və sağ qalan 30 quş isə sonda Simurqun sarayına gəlib çatır və öz arzularına nail olurlar. Belə olan halda quşlar anlayır ki, İlahi quş elə onların özləridir, “Simurq” onlar özləridir və onlar hamısı birlikdədirlər.  
 
  AZENS.AZ
Oxu 47811 dəfə

Şərh verin.

Comments.