AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
19 Noy

Həkimlərin xətti niyə pis olur?

Bu məqaləni qiymətləndir
(1 Səs)

Həkimlərin pis yazı yazdığı ifadəsi çoxdan bəri xalq arasında yayılmış və artıq qəbul edilmiş ifadədir.

Hər insan mütləq bir dəfə də olsa həkimə müraciət edib. Müayinə sonrasında həkimin yazdığı resepti görənlər, qarışıq və oxunmaz bir yazıyla qarşılaşırlar. Araşdırmaçılara görə həkimlərin pis xəttlərinin səbəbləri belə göstərilmişdir:

a) Tələbəlik illərindən gələn bir vərdiş

Çox adamın bildiyi kimi, həkim olmaq üçün çox uzun və çətin bir təhsil müddətindən keçilməsi vacibdir. Eyni zamanda bir çox qarışıq detala sahib olan bu dərslərin qeydini tutmaq heç də asan deyil. Bu səbəblə əksər  həkim namizədlər hələ tibb fakültəsi sıralarında olarkən, sürətli şəkildə qeydlər aparmağa alışırlar. Bu sürətdə təbii olaraq qarışıq bir yazı ortaya çıxır.

b) Çox sıx və müxtəlif düşüncələrin olması

Həkimlər ümumiyyətlə reseptləri yazarkən eyni anda bir çox dərman adları, bu dərmanların ola biləcək yan təsirləri və zərərləri, istifadə dozası kimi bir çox şeyləri düşündükləri üçün həmin an yazdıqları kağıza fikirlərini toplamaya bilirlər. Bu səbəblə yazıları nizamsız ola bilər.

c) Texniki terminlərdən istifadə

Həkimlərin reseptə yazdığı dərmanların adları bizlərə tanış gəlmir. Reseptə yazılanlar texniki şeylərdir və tibb ilə əlaqəsi lmayan bir insanın bu yazıları oxuması çətin olur. Bu səbəbdən reseptdə xarici dərman adları olduğu üçün bu yazılar bizə qarışıq və oxunmaz görsənir.

 

 AZENS.AZ

 

Oxu 6917 dəfə

Şərh verin.

Comments.