AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
09 Sent

Tort üzərindəki şamı üfürmək ənənəsi

Bu məqaləni qiymətləndir
(0 səs)

Ad günündə şam yandırmaq adətinin kökü qədim yunanlara gedib çıxır. O zamankı inanclara görə, ad günündə səbəbkarın adına şam yandırardılar ki, həmin il o şəxsə uğurlar gətirsin.

 Ay və ov ilahəsi olan Artemidaya inam gətirənlər hər ayın 6-cı günü onun ad günündə bu ilahə məbədinin mehrabına ballı piroq qoyardılar. Piroq bütöv Ay formasında olurdu və onun üzərinə yanan şamlar düzərdilər.

 Sonralar bu adət orta əsrlərdə Almaniya kəndliləri arasında geniş vüsət aldı. Burada da bayram piroqlarının üzərinə yanan şamlar düzərdilər. Piroq yeyilib qurtaranacan şamlar yanmaqda davam edirdi. Əgər piroq yeyilib qurtarmamış şamlar yanıb qurtarardısa, onda şamları yeniləyərdilər. Piroqun üzərindəki şamların sayı ad günü qeyd edilən şəxsin yaşı qədər olurdu və bir şam da əlavə olaraq qoyulurdu ki, bu da “ həyat işığı”nı simvolizə edirdi.

 Yanar şam (qurban edilən atəş) ta qədimdən mistik məna daşıyıb. Belə ki, qədim inanclara görə, ad günündə yandırılan şam arzuların çin olmasının təminatçısı hesab edilirdi. Arzular isə (arzular gizli olmalı idi) şamlar üfürüldüyü zaman çin olurdu. İnanca görə əgər arzu eşidiləcək dərəcədə deyilərdisə, onda şamlar öz sehirini itirirdi.

 Bayram tortunun üzərinə yanar şamlarının qoyulması, həm də bir növ dini ayin idi. Belə ki, ad günü qeyd olunan səbəbkar öz fikrini var gücü ilə ürəyində tutduğu arzulara yönəldərək şamları söndürərdisə, o zaman onun arzuları mütləq çin olmalı idi.

 Ad günü tortunun üzərinə yanar şamların düzülməsi və üfürülərək söndürülməsi qədimdən müasir dövrümüzədək gəlib çatmışdır.

AzEns.AZ 

Oxu 1931 dəfə

Şərh verin.