AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
12 Okt

Buynuzda içki adəti hardan gəlir?

Bu məqaləni qiymətləndir
(1 Səs)

Çaxır içmək üçün buynuzların yaranma tarixi antik dövrlərə təsadüf edir.

Bu cür qablar qədim zamanlarda  germanlarda, keltlərdə və Qafqazda daha çox yayılmışdır. Buynuz içki qablarından ən məşhuru Adıgeydə tapılmış Peqas (qanadlı at) formalı buynuzdur. Keçmiş zamanlarda cəngavərlər çaxırı qoç buynuzlarından düzəldilmiş qablarda, yüksək çinli adamlar isə zubr və ya tur (iri buynuzlu çöl öküzləri) buynuzlarından düzəldilmiş qablarda içərdilər.

 Buynuz qablar - min illərlərlə populyar olmuş bir içki qabları olmuşdur. Orta əsrlərdə buynuz qablar artıq dəmir və şüşədən hazırlanırdı. Bununla belə buynuz qablar hələ də öz populyarlığını saxlayırdı. İçki üçün hazırlanmış buynuz qablar pitonlar adlanırdı və onlar, adətən, cütdırnaqlı heyvanların (maral, antilop, qoyun inək və s.) təbii buznuzlarından hazırlanırdı. Bəzi hallarda buynuz qablar metal və gildən də hazırlanırdı, üstü şəkillə bəzədilirdi. Qədim Yunanıstanda bu cür qabları, əsasən, əlində buynuz piyalə tutmuş satiraçı Dionisin şəkli ilə bəzədilirdi. O zamanlar – yəni, bütünlükdə orta əsrlər boyu belə piyalələr ənənəvi mərasimlərdə daha çox istifadə olunurdu, (Avropanın bəzi yerlərində) və Qafqazda. Piyalə buynuzların ən çox tapıldığı ərazi Avropa və Asiya sərhəddi, Qara dəniz və Xəzər dənizi sahillərində olmuşdur.

 Məlumdur ki, frakiyalılar (indiki bolqariya ərazisindəki Avropa qəbilələri) və skiflər (e.ə.IX əsrdə yaşamış Avrasiya köçəriləri) məhz, elə buynuz piyalələrdən istifadə ediblər. Qədim yunan filosofu və tarixçisi Ksenofont Frakiya lideri Sevflə etdiyi alış-veriş haqda yazdığı yazılarda qeyd etmişdir ki, “- buynuz piyalələr frakiyalı cəmiyyətin ayrılmaz bir hissəsi idi.”

 Yunan tarixçisi Diodor çar Dromihedin Makedoniyalı İsgəndərin yaxını Lisimaxanın şərəfinə təşkil etdiyi banket haqqında belə yazmışdır: “ –banketdə istifadə olunan bütün içki qabları təbii buynuzdan və ağacdan hazırlanmışdı”. Varlı, imkanlı skiflər də əsasən, bahalı metallardan hazırlanmış buynuz formalı içki qablarından istifadə edirmişlər. 1982-ci ildə Ulyapda (Adıgey) qazıntılar zamanı e.ə. V əsrə aid olan qızıl və gümüşdən hazırlanmış qanadlı at şəkilində piton (buynuz piyalə) tapılmışdır. Həmin piyalə Moskvada Şərq xalqları mədəniyyəti muzeyində saxlanılır.

 İçki üçün buynuzlar bütpərəst germanların cəmiyyətində və vikinqləri tərəfindən geniş istifadə olunmuşdur. Bu cür piyalələrə qazıntılar zamanı hətta qadın qəbirlərində də rast gəlinirdi. Belə güman edilir ki, bu qadınlar  döyüşçülər olublar.

 Müasir dövrdə də buynuz piyalələr hazırlanır, bu cür piyalələr daha çox 1970-ci illərdə dəbdə olmuşdur.

 İçki üçün buynuzlar - gürcü banketlərinin ayrılmaz bir atributudur ki, bu da gürcü xalqının qədim milli üzümçülük ənənələrinin təcəssümü kimi dəyərləndirilir. Qədim ənənələrə söykənən müasir etiket qaydalarına görə, gürcülərdə çaxırla doldurulmuş gürcü buynuzu evə gələn qonağa təqdim olunur və o da, ev sahibinin qonaqpərvərliyinə hörmət əlaməti olaraq buynuzun içindəki çaxırı sona qədər içməlidir.

AzEns.AZ 

 

Oxu 1755 dəfə

Şərh verin.

Comments.