AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
06 May

"Molla" sözü nə deməkdir?

Bu məqaləni qiymətləndir
(2 səs)

  “Molla” sözü ərəb dilindəki “mövla” kəlməsindən götürülüb. Mənası “ağa, başçı” deməkdir.

 Adətən, dini məişət ayinlərini (dəfn mərasimi, kəbin, yas məclisi və s.) icra edən din xadimlərinə molla deyilir. Keçmişdə mollalar mədrəsədə şagirdlərə dini dərs keçdiklərinə görə, mədrəsələri də “mollaxana” adlandirırdılar.

  Keçmişdə savadlı şəxslərə, şair və ədiblərə, nüfuzlu ruhanilərə “molla” ləqəbi ilə müraciət edilirdi.  Məsələn: Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Molla Sədra, Molla Cuma, Molla Nəsrəddin və s.

  Tarix boyunca müxtəlif İslam cəmiyyətlərində eşidiləan molla sözü indiki vaxtda ən çox İranda istifadə edilməkdədir. İranda ərəb dilində oxuya bilən birinə molla deyilir. "Molla olmaq nə qədər asan , adam olmaq nə qədər çətindir" atalar sözü böyük ehtimalla bunu ifadə etmək üçün deyilmişdir.

   AZENS.AZ

Oxu 1378 dəfə