AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
17 May

"Asiya" qitəsinin adı necə yaranıb?

Bu məqaləni qiymətləndir
(2 səs)

  Asiya – bu qitə dünyanın ən böyük qitəsidir. Sahəsi 43,5 milyon km²-dir.

  Tarix, mədəniyyət və elmin inkişafında böyük rol oynayan assuriyalılar bizim eradan təxminən 2000 il əvvəl Aralıq dənizində üzərkən Şərq tərəfdə olan ölkələri Asu adlandırmışlar. Asiya Assuriya dilində “asu” sözündən əmələ gəlib “günçıxan”, “şərq” mənasını daşıyır.

  Bizim eradan 2000 il əvvəl “asu” sözü Assuriya dilindəki “günbatan”, “qürub” mənasındakı “ereb” sözünün əksində (gün çıxanda) yerləşməsini göstərir. Əvvəllər assuriyalılar bu adı Egey dənizinin şərqində yerləşən əraziyə vermişlər. Qədim yunanlar isə bu adı əvvəl Asiyanın sahillərinə şamil etmişlər..

  Coğrafi anlayışın genişlənməsi ilə əlaqədar olaraq “asu” sözü əsasında əmələ gələn Asiya, sonralar çox geniş  bir ərazinin adını daşımışdır.

  AZENS.AZ 

Oxu 740 dəfə