AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
02 Mart

Fransanın simvolu "Trikolor"

Bu məqaləni qiymətləndir
(0 səs)

 “Trikolor” anlayışı (fransızcadan tərcümədə “trikolore” – “üçrəngli” mənasındadır) artıq bir çox ölkənin bayrağında tətbiq edilmişdir.

 Bu simvol ilk dəfə Fransada baş vermiş Böyük İnqilab zamanı Paris üsyançılarının başlarına qoyduqları şlyapaya bağladıqları göy-qırmızı bantlarda (kokardalar) peyda olmuşdur. O zamanlar Parisin gerbi göy-qırmızı (ikirəngli) idi. 1789-cu ildə Bastiliya süquta uğradıqdan sonra kral XVI Lüdoviq  özünün simvolik ağ monarx bantına inqilabçıların göy-qırmızı bandını da əlavə etmiş və  bundan sonra bu rənglərin (göy-ağ-qırmızı) bütün fransızların birlik simvolu olmasını tövsiyə etmişdir.

Fransanın bayrağının rəngləri simvolizə edir:

Göy rəng – Franklar arasında xristianlığı yaymış Müqəddəs Martinin plaşının rəngidir.

Ağ rəng – Fransız monarxiyasının simvolik rəngidir.

Qırmızı rəng – Frank imperatoru olmuş Böyük Karlın hərbi və məhkəmə bayraqlarının rəngidir.

İnqilabdan sonra Xalq Milisi və Milli Qvardiyaları yenidən təşkil olunan zaman kokardalarda (baş geyiminə taxılan metal və ya qalın materialdan hazırlanmış nişan) üçrəngli (trikolor) bantların olması rəsmən təsdiqləndi.

Daha sonralar isə “Trikolor” Fransanın rəsmi dövlət bayrağına çevrildi.

AZENS.AZ

Oxu 78961 dəfə

Şərh verin.

Comments.