AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
11 Fev

"Azadlıq Heykəli"nin müsəlman tarixi

Bu məqaləni qiymətləndir
(3 səs)

1880-ci illərdə Fransada hazırlanan “Azadlıq heykəli”nin xərclərinin böyük bir hissəsi Osmanlı padşahı tərəfindən çəkilmişdir. Azadlıq Heykəlinin hündürlüyü 93 metrdir. Heykəl nazik mis plitələrdən hazırlanıb.

Misirdəki Sfinksdən (daşdan yonulmuş adam başlı şir heykəli) iki dəfə hündür olmaqla həmin heykəl Suveyş kanalının girişində mayak rolunu oynamalı idi. Heykəlin adı isə “Yolu işıqlandıran misirli” olmalı idi. O, azadlıq məşəlini əlində saxlayan Misirin kəndli qadınının surətini özündə əks etdirməli idi.

Bir vaxtlar Amerika və Yaxın Şərq bir-biriləri üçün ilham mənbəyi olub. Maykl B.Orenanın “Güc, inanc və fantaziya” adlı kitabı “Azadlıq heykəli”nin meydana gəlməsinin tarixi epizodlarını aydın edir.

Oren kitabında qeyd edir ki, Frederik Auqusto Bartoldi ilk dəfə Azadlıq surətini əlində azadlıq məşəli saxlayan misirli kəndli qadın formasında təsəvvür edirdi. Misirə səfəri zamanı, xüsusilə piramidaları ziyarəti və Suveyş kanalının açılışı tədbirinə qatılarkən o, Yaxın Şərq xalqları üçün “Bələdçi ulduz” olacaq heykəlin yaradılmasını planlaşdırır.

O zamanlar, Bartoldi, fransalı heykəltaraş öz planını gerçəkləşdirmək qərarına gəlir. O, iki il ərzində düşündüyü əsərin gildən eskizlərini düzəltməyə başlayır və Misir valisi İsmayıla heykəlin hazırlanması üçün lazım olan məbləği ödəməyi xahiş edir. Lakin, artıq 1871-ci ildə Misir valisi öz var-dövlətindən məhrum olur və hətta öz borclarını qarşılamaq əzmində belə olmur. Bu zaman Bartoldi çox böyük məyusluq içərisində Birləşmiş Ştatlara yollanır.

Gəmiylə Nyu-York limanına gələrkən, birdən onun gözünə dairəvi formada olan Bedlou adlı adacıq dəyir və o heykəlinin burada necə görünə biləcəyi barədə düşünməyə başlayır. Beləliklə, illərlə davam edən danışıqlardan sonra, amerikalılar heykəlin oturacağı, Fransa isə heykəlin özünə görə pul verməyə razılaşır. Heykəlin inşaası ilə Qustav Eyfel məşğul olmalı idi. Sadəcə amerikalı mühəndisə ehtiyac qalırdı və bu zaman Bartoldi Staunu xatırlayır.

Azens.az saytının məlumatına görə, 1884-cü ilin iyul ayında Azadlıq heykəlinin hazırlanması Fransada başa çatıb. Hissələrə parçalanmış heykəl komplekti 214 qutuya yığılmış 350 ayrı-ayrı parçadan ibarət olub. Azadlıq heykəlinin özünün hündürlüyü -46 metr, postament isə 47 metrdir. Beləliklə məşəlin yuxarı hissəsi 93 metr yüksəkliyə çatır. Heykəlin bütünlükdə ağırlığı 205 tondur. Məşəli əlində saxlayan qolun uzunluğu isə 12,8 metrdir, təkcə şəhadət barmağının uzunlu isə 2,4 metrdir. Abidənin açılışı öncə Amerikanın müstəqilliyinin yüz illiyi üçün açılması planlaşdırılsa da, bu yalnız on ildən sonra, 1886-cı ilin oktyabr ayında baş tutdu. Həmin gün minlərlə insan Bartoldinin misirli haqqında düşündüyü abidəni azacıq xatırladan “Azadlıq heykəli” abidəsi ilə tanış oldu. Kəndli Şərq insanı Qərb qadını ilə əvəz edilmiş və heykəlin adı dəyişdirilərək “Dünyanı işıqlandıran Azadlıq” kimi adlandırılmışdı. Orijinal abidədən isə qalan yalnız məşəl olmuşdu. 

 

Hazırladı: Orucova Jalə

Oxu 3134 dəfə